Əsas səhifə   |   Sual-cavab   |  Saytın xəritəsi   |  Əlaqələr




  • 29/07/2010

    İmtahanların 05.08.2010-cu il tarixədək davam edəcəyi...




  • 22/07/2010


    Mətbuatda xəbər verildiyi kimi test üsulu ilə, habelə yazılı və şifahi imtahanlardan müvəffəqiyyətlə keçərək 2009/2010-cu tədris ili ərzində davam edən tədris kursunu, o cümlədən məhkəmələrdə stajkeçməni uğurla başa vurmuş 80 nəfər hakimliyə namizədlə...




  • 10/07/2010

    Azərbaycan Respublikası Prezidentinin tapşırıqlarına əsasən məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə görülən tədbirlər çərçivəsində hakim vəzifəsinə namizədlərin beynəlxalq standartlar səviyyəsində, tam şəffaf şəraitdə seçilməsi prosesi davam edir.
    Hakimlərin növbəti seçimi zamanı 440 nəfər hakimliyə namizəddən 80 nəfəri test üsulu ilə, habelə yazılı və şifahi imtahanlardan müvəffəqiyyətlə keçərək 2009/2010-cu tədris ili ərzində davam edən tədris kursuna cəlb olunmuş, onların məhkəmələrdə, o cümlədən xarici ölkələrdə stajkeçməsi təşkil ...




  • 05/07/2010


    Hakimlərin Seçki Komitəsinin növbəti iclası keçirilmişdir. İclasda test üsulu ilə, habelə yazılı və şifahi imtahanlardan müvəffəqiyyətlə keçmiş 80 nəfər hakimliyə namizədin hakim vəzifəsinə hazırlanmaları üçün 2009/2010-cu tədris ili ərzində keçirilmiş kursun nəticələri ilə bağlı...




  • 21/06/2010

    Məhkəmə-Hüquq Şurası tərəfindən yüksək məhkəmə hakimlərindən, habelə ədliyyə, prokurorluq, Şuranın aparatı, Vəkillər Kollegiyasının nümayəndələrindən və hüquqşünas-alimdən ibarət tərkibdə yenidən formalaşdırılmış Hakimlərin Seçki Komitəsinin ilk iclası...




  • 18/06/2010

    Fransa Respublikasının ölkəmizdəki Fövqəladə və Səlahiyyətli səfiri Qabriel Keller iyunun 18-də ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədovla görüşmüşdür.
    Dövlətlərimiz arasında hərtərəfli, o cümlədən hüquqi sahədə əlaqələrin dinamik inkişafını vurğulayan nazir Azərbaycanda ədliyyə və məhkəmə fəaliyyətinin müasirləşdirilməsi üzrə islahatlar, hakimlərin seçilməsi...




  • 10/06/2010


    Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilmişdir. Fikrət Məmmədovun sədrliyi ilə keçirilən iclasda səlahiyyət müddətləri başa çatan yuxarı instansiya və digər məhkəmə hakimlərinin fəaliyyəti qiymətləndirilmiş, ali və apellyasiya instansiyası məhkəmələri hakimlərinin tərkibi və vakant ştatların komplektləşdirilməsi məsələlərinə baxılaraq, bu məhkəmələrə yüksək hazırlıqlı hakimlərin təyinatı barədə təkliflər...




  • 02/06/2010

    Azərbaycan və Türkiyə arasında strateji tərəfdaşlıq və dostluq münasibətlərində hüquqi əməkdaşlıq xüsusi yer tutur. 2001-ci ildə ulu öndərimiz Heydər Əliyevin Türkiyəyə rəsmi səfəri zamanı Ədliyyə nazirlikləri arasında əməkdaşlıq haqqında Protokol imzalanaraq, hüquqi sahədə əlaqələrin inkişafına təkan verilmiş, ədliyyə nazirlərinin qarşılıqlı səfərləri çərçivəsində müqavilə-hüquq bazası möhkəmləndirilmiş, ədliyyə fəaliyyətinin müxtəlif sahələri üzrə hər iki ölkədə birgə tədbirlər...




  • 19/05/2010


    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini, habelə “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 113-cü və 114-cü maddələrini rəhbər tutaraq...




  • 11/05/2010

    Dahi öndər Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü bütün ölkəmizdə böyük bayram əhval-ruhiyyəsi ilə təntənəli qeyd edilir.
    Məhkəmə-Hüquq Şurasında keçirilən tədbirdə əsası ümummilli liderimiz tərəfindən qoyulmuş mütərəqqi hüquqi islahatların həyata keçirilməsində səmərəli fəaliyyətlərinə və vəzifələrini nümunəvi yerinə yetirdiklərinə görə ölkə Prezidenti tərəfindən “Əməkdar hüquqşünas” fəxri adı verilmiş bir qrup şəxsə həmin fəxri adın vəsiqəsi və döş nişanı...




  • 05/05/2010

    Məhkəmə-Hüquq Şurasının yeni tərkibdə iclası keçirilmişdir. İclasda bir sıra təşkilati məsələlərə baxılmış, o cümlədən Hakimlərin Seçki Komitəsi üzvlərinin səlahiyyət müddətinin bitməsi ilə əlaqədar Komitənin formalaşdırılması üçün Ali Məhkəmə, apellyasiya məhkəmələri, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi, habelə Ədliyyə Nazirliyi, Baş Prokurorluq, Şuranın aparatı və Vəkillər Kollegiyası tərəfindən təqdim edilmiş namizədlər müzakirə olunaraq onların sırasından komitə üzvləri...




  • 21/04/2010

    Bu il aprelin 12-19-da Braziliyanın Salvador şəhərində BMT-nin Cinayətkarlığın qarşısının alınması və cinayət ədliyyəsi üzrə 12-ci Konqresi...




  • 16/03/2010


    Ölkəmizdə yeni təsisat olan Məhkəmə-Hüquq Şurasının 5 illik fəaliyyətinə böyük maraqla əlaqədar bütün MDB ölkələrində rus dilində fəaliyyət göstərən nüfuzlu informasiya agentliyi "İnterfaks" Məhkəmə-Hüquq Şurasının sədri, ədliyyə naziri Fikrət Məmmədovdan müsahibə almışdır...




  • 04/03/2010

    Ölkəmizdə səfərdə olan Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Tomas Hammarberq martın 4-də ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədovla...




  • 25/02/2010

    Avropa dövlətləri ilə dostluq və əməkdaşlıq münasibətlərinin inkişafına böyük əhəmiyyət verilərək, Slovakiya Respublikası baş nazirinin müavini, ədliyyə naziri ötən ilin mayında Azərbaycana səfər etmiş, Ədliyyə nazirlikləri arasında əməkdaşlıq haqqında Memorandum...




  • 22/02/2010

    Bu günlərdə İsveçrə Konfederasiyasının Avropa Şurası Nazirlər Komitəsində sədrliyi çərçivəsində həmin ölkənin İnterlaken şəhərində İnsan hüquqları üzrə Avropa Məhkəməsinin gələcəyinə dair ədliyyə nazirlərinin konfransı keçirilmişdir.
    Azərbaycanı konfransda ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov, Ali Məhkəmənin sədri Ramiz Rzayev, ölkəmizin Avropa Məhkəməsi yanında səlahiyyətli nümayəndəsi, habelə ...




  • 16/02/2010

    Ölkəmizdə yeni təsisat - Məhkəmə-Hüquq Şurasının yaradılmasının 5 ili tamam olur. Bununla əlaqədar Məhkəmə-Hüquq Şurasının və milli məhkəmə sisteminin fəaliyyəti ilə bağlı Şuranın sədri, ədliyyə naziri Fikrət Məmmədov AzərTAc-ın müxbirinə müsahibə vermişdir. Müsahibə oxuculara...




  • 04/02/2010




    Məhkəmə-Hüquq Şurasının ali və apellyasiya məhkəmələrinin, Baş prokurorluğun və Vəkillər Kollegiyasının rəhbərliyi, bütün Bakı, habelə digər rayon, şəhər məhkəmələri hakimlərinin iştirakı ilə geniş iclası keçirilmişdir.
    İclasda çıxış edən Məhkəmə-Hüquq Şurasının sədri, Ədliyyə Naziri Fikrət Məmmədov ölkəmizdə ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş köklü islahatların ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyini, məhkəmə sisteminin müasirləşdirilməsi ilə bağlı dövlət başçısının proqram xarakterli fərmanlarının icrası üzrə əldə edilmiş nəticələri ...




  • 07/01/2010




    Ədalət mühakiməsinin səmərəliliyinin artırılması barədə dövlət başçısı cənab İlham Əliyevin tapşırıqlarına əsasən məhkəmələrin insan haqlarının əsl təminatçısına çevrilməsi, onların hazırlıqlı və mənəvi cəhətdən saf hakimlərlə komplektləşdirilməsi üzrə ardıcıl tədbirlər görülür.
    Şəffaf və çoxmərhələli prosedurlar əsasında seçilmiş 80 nəfər hakimliyə namizədin hakim vəzifələrinə tam hazırlanmaları üçün Ədliyyə Akademiyasında keçirilən uzunmüddətli tədris kursu ...




  • 28/12/2009


    Ölkəmizdə məhkəmə sisteminin mütərəqqi beynəlxalq təcrübə nəzərə alınmaqla müasirləşdirilməsi, inzibati ədliyyənin formalaşdırılması diqqət mərkəzində saxlanılaraq, dövlət orqanları tərəfindən insan hüquqlarına ciddi əməl olunmasının təmin edilməsi məqsədilə inzibati icraat haqqında qanun, habelə cari ildə İnzibati-Prosessual Məcəllə qəbul edilmiş, inzibati məhkəmələrin yaradılması nəzərdə...




  • 16/12/2009


    Amerikalı hakim Azərbaycanda hakimliyə namizədlərin səviyyəsindən razılıq edir.
    "Hakimliyə namizədlərin səviyyəsindən razıyam. Onlarda böyük həvəs var, onlar savadlı, cəsarətli və biliklidirlər", - deyə çərşənbə günü Trend News-a amerikalı hakim Helen Berriqan...




  • 14/12/2009



    Hakimliyə namizədlərlə keçirilmiş çoxmərhələli imtahanlarda müvəffəqiyyət qazanmış 80 nəfər namizədlə uzunmüddətli tədris kursu davam edir. Tədris ili ərzində keçirilən kursun proqramına uyğun olaraq ABŞ səfirliyinin dəstəyi ilə bir həftəlik seminar...




  • 07/12/2009



    Ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə həyata keçirilən tədbirlər çərçivəsində hakimlərin tədrisi, o cümlədən onların insan hüquqları ilə bağlı beynəlxalq dəyərlərə yiyələnmələri diqqət mərkəzində saxlanılır.
    Məhkəmə-Hüquq Şurası tərəfindən ATƏT-nin Bakı Ofisi ilə birgə təşkil edilən “Hakimlər, dövlət ittihamçıları və vəkillər üçün səhnələşdirilmiş məhkəmə treninqi” layihəsi üzrə təlimlər ...




  • 01/12/2009



    Ölkəmizdə ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə görülən tədbirlər çərçivəsində beynəlxalq standartlara uyğun, tam şəffaf şəraitdə seçilmiş 80 nəfər hakimliyə namizədlə Ədliyyə Akademiyasında keçirilən kurs davam edir. Kurs zamanı namizədlərin hakim olmaq üçün lazımi nəzəri biliyə və peşə hazırlığına yiyələnmələrinə, qabaqçıl beynəlxalq təcrübəni öyrənmələrinə xüsusi diqqət...




  • 09/11/2009


    Ölkəmizdə ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə aparılan islahatlar çərçivəsində tam şəffaf şəraitdə seçilmiş 80 nəfər hakimliyə namizəd ötən aydan uzunmüddətli tədris kursuna cəlb edilmişlər...




  • 19/10/2009


    Çoxmərhələli şəffaf və mütərəqqi prosedurlar əsasında keçirilən hakim vəzifəsinə namizədlərin seçimi zamanı test, yazılı və şifahi imtahanlardan uğur qazanmış 80 nəfər növbəti mərhələyə - ilkin uzunmüddətli tədris kurslarına...




  • 16/10/2009



    Hakimlərin Seçki Komitəsi bildirir ki, yazılı və şifahi imtahanlardan müvəffəqiyyətlə keçmiş 80 nəfər hakimliyə namizədlə ilkin uzunmüddətli tədris kursları oktyabr ayının 19-dan 2 növbədə...



  • 07/10/2009



    Ölkəmizdə ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə aparılan mütərəqqi islahatlar çərçivəsində hakim vəzifəsinə namizədlərin ən müasir beynəlxalq standartlar səviyyəsində, tam şəffaf şəraitdə seçilməsi prosesi həyata keçirilir.
    Test üsulu ilə və yazılı imtahanlardan müvəffəqiyyətlə keçmiş 111 nəfər namizədlə Hakimlərin Seçki Komitəsi tərəfindən açıq şəkildə, 16 beynəlxalq və yerli təşkilatlardan olan 30-dək müşahidəçisinin iştirakı ilə...



  • 30/09/2009



    Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilmişdir. Fikrət Məmmədovun sədrliyi ilə keçirilən iclasda qeyd olunmuşdur ki, məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi barədə dövlət başçısının tapşırıqlarına əsasən görülən tədbirlər ədalət mühakiməsinin səmərəliliyinə əsaslı təsir göstərmiş, yol verilən bir çox nöqsanların qarşısı qətiyyətlə alınmış, şikayətlərin sayı azalmışdır. Bununla belə bəzi hakimlər tərəfindən qanunvericiliyin tələblərinin pozulması hallarının hələ də davam etməsi...



  • 14/09/2009



    Ölkəmizdə məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə dövlət başçısının tapşırıqlarına əsasən həyata keçirilən tədbirlər çərçivəsində hakim vəzifəsinə namizədlərin seçimi davam edir.
    Mətbuatda xəbər verildiyi kimi test imtahanında müvəffəqiyyət qazanmış 213 nəfər hakimliyə namizədlə şəffaf prosedurlar əsasında yazılı imtahan keçirilmiş, imtahanın nəticələrinə görə 111 nəfər növbəti mərhələyə – şifahi imtahana vəsiqə qazanmışdır.
    Yazılı imtahanın nəticələrinə görə müvafiq bal toplaya bilməmiş və bununla əlaqədar apellyasiya qaydasında müraciət etmiş 2 nəfər hakimliyə namizədin ərizələrinə...



  • 28/08/2009



    Ölkəmizdə ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə dövlət başçısının tapşırıqlarına əsasən görülən tədbirlər çərçivəsində hakim vəzifəsinə namizədlərin tam şəffaf şəraitdə, ən müasir beynəlxalq tələblər səviyyəsində seçimi davam edir.
    Mətbuatda xəbər verildiyi kimi test imtahanında müvəffəqiyyət qazanmış 213 nəfər hakimliyə namizədlə bərabər şəraitdə, vahid zalda yazılı imtahan keçirilmiş, imtahan zamanı cinayət və mülki sahələr üzrə 2 kazus xarakterli sual namizədlər tərəfindən 4 saat ərzində cavablandırılmışdır.
    Anonimliyin təmin edilməsi məqsədilə hakimliyə namizədlərin kodlaşdırılmış cavabları ayrı-ayrılıqda, ikiqat yoxlama üsulu ilə...



  • 14/07/2009



    Xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycan rəhbərliyinə gəlişinin 40 illiyi ilə əlaqədar Məhkəmə-Hüquq Şurasının üzvləri Ədliyyə Nazirliyinin rəhbərliyi, məhkəmə sədrləri və hakimlərlə birgə Fəxri Xiyabanda dahi öndərin məzarını ziyarət etmiş, onun əziz xatirəsini böyük ehtiramla yad etmişlər.
    Sonra Məhkəmə-Hüquq Şurasının iclası keçirilmişdir. Fikrət Məmmədovun sədrliyi ilə keçirilən iclasda Azərbaycan tarixində müstəsna xidmətləri olan ümummilli liderimizin zəngin və mənalı ömür yoluna, fədakar xilaskarlıq missiyasına bir daha nəzər salınmış, məhkəmə-hüquq sistemimizin müasirləşdirilməsi naminə...



  • 07/07/2009



    Ölkəmizdə ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə həyata keçirilən kompleks tədbirlər çərçivəsində yeni məhkəmələr, o cümlədən regional apellyasiya məhkəmələri yaradılmış, hakimlərin iş yükünün azaldılması, bununla da işlərə daha keyfiyyətli baxılmasının təmin edilməsi məqsədilə hakim ştatlarının sayı 50 faiz artırılmış, 160-dək yüksək hazırlıqlı hakimliyə namizəd ən mütərəqqi qaydalarla seçilib hakim təyin edilmiş, fəaliyyəti mənfi qiymətləndirilən və nöqsanlara yol verən 40-dək hakimin...




All Rights Reserved © 2005 Judicial Legal Council of the Azerbaijan Republic