HAKİLİYƏ NAMİZƏDLİYİN İRƏLİ SÜRÜLMƏSİ ÜÇÜN TƏLƏB EDİLƏN
SƏNƏDLƏR
1. Hakimlərin Seçki Komitəsinə ərizə;
2. şəxsiyyət vəsiqəsi və onun surəti;
3. kadrların şəxsi uçot vərəqəsi;
4. tərcümeyi-hal;
5. ali təhsil haqqında sənəd (diplom) və onun surəti;
6. əmək kitabçasının təsdiq edilmiş (notarial və yaxud kadrlar şöbəsində) surəti;
7. fiziki və əqli cəhətdən sağlamlıq barədə tibbi arayış;
8. 4x6 ölçüdə 4 ədəd fotoşəkil.
Qeyd:
Surətləri ilə müqayisə edildikdən sonra şəxsiyyət vəsiqəsi və ali təhsil haqqında sənəd (diplom) geri qaytarılır.
Tərcümeyi halda özünüz haqqında məlumatlar yazıldıqdan sonra Kadrların şəxsi uçot vərəqəsində göstərilən qohumlar barədə də məlumatlar yazılmalıdır. Tərcümeyi halın sonunda "Məhkəmələr və Hakimlər haqqında" Qanunun 93-cü maddəsində göstərilən tələblərə cavab verməyiniz barədə məlumat qeyd edilməlidir.