Əsas səhifə   |   Sual-cavab   |  Saytın xəritəsi   |  Əlaqələr




    "AZƏRBAYCAN ƏDLİYYƏSİNİN İNKİŞAFINA DAİR 2009-2013-CÜ İLLƏR ÜÇÜN
    DÖVLƏT PROQRAMI"NIN TƏSDİQ EDİLMƏSİ HAQQINDA
    AZƏRBAYCAN RESPUBLIKASI PREZIDENTİNİN
    SƏRƏNCAMI


    Ölkəmizdə hüquq sisteminin müasirləşdirilməsi, məhkəmə-hüquq islahatlarının davam etdirilməsi ədliyyə orqanlarının və məhkəmələrin fəaliyyətinin son dövrün tələbləri səviyyəsində qurulmasını, ədalət mühakiməsinin səmərəliliyinin artırılmasını, vətəndaşların məhkəmələrə və ədliyyə orqanlarına müraciət imkanlarının asanlaşdırılmasını, regionlarda hüquq infrastrukturunun genişləndirilməsini, yeni nəsil hüquqşünaslarının formalaşdırılmasını, cəza-icra siyasətinin humanistləşdirilməsini zəruri edir.
    Ədliyyə orqanlarının və məhkəmələrin dinamik inkişafının təmin edilməsi, yeni informasiya və kommunikasiya texnologiyalarının tətbiq edilməsi, normativ-hüquqi və maddi-texniki təminatın yaxşılaşdırılması, kadr potensialının, ədliyyə orqanları işçilərinin sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə qərara alıram:

    1. “Azərbaycan ədliyyəsinin inkişafına dair 2009–2013-cü illər üçün Dövlət Proqramı” təsdiq edilsin (əlavə olunur).
    2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
    2.1. dövlət büdcələrinin layihələri hazırlanarkən bu Sərəncamla təsdiq edilmiş Dövlət Proqramının həyata keçirilməsi üçün tələb olunan vəsaitin ayrılmasını təmin etsin;
    2.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
    3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

    İlham Əliyev
    Azərbaycan Respublikasının Prezidenti

    Bakı şəhəri, 6 fevral 2009-cu il.






All Rights Reserved © 2005 Judicial Legal Сouncil of the Azerbaijan Republic