Əsas səhifə   |   Sual-cavab   |  Saytın xəritəsi   |  Əlaqələr




    MƏHKƏMƏLƏRDƏ MÜASİR İNFORMASİYA TEXNOLOGİYALARININ
    TƏTBİQİNƏ DAİR KURS KEÇİRİLMİŞDİR


    Ölkə Prezidenti cənab İlham Əliyevin ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə tapşırıqlarının, o cümlədən Azərbaycan ədliyyəsinin inkişafına dair Dövlət Proqramının icrası üzrə görülən tədbirlər çərçivəsində məhkəmələrdə müasir informasiya texnologiyalarının tətbiqi daim diqqət mərkəzində saxlanılır.
    Məhkəmə-Hüquq Şurasında hakimlər və dövlət ittihamçıları üçün müasir kompüter proqramlarının tətbiqi və texniki yeniliklərin ədalət mühakiməsində istifadə imkanlarına dair tədris kursu keçirilmişdir.
    Tədbirdə məhkəmələrdə tətbiqi nəzərdə tutulan yeni informasiya texnologiyaları barədə ətraflı məlumatlar verilmiş, Ədliyyə Nazirliyi tərəfindən istintaq edilən cinayət işlərinin alternativ elektron versiyasının yaradılması və tətbiqi təcrübəsi ilə tanış olunmuşdur.
    Bu yeniliyin tətbiqi nəticəsində məhkəmə prosesinin tərəflərinə istənilən vaxt kompüterdə iş materialları ilə sərbəst tanış olmaq üçün şərait yaradılır, cinayət işinin etibarlı qorunması təmin edilməklə, istintaq və məhkəmə sənədlərinin saxtalaşdırılmasının qarşısı alınır. Həmçinin, İnsan Hüquqları üzrə Avropa Konvensiyasında nəzərdə tutulan təqsirləndirilən şəxsin müdafiəsini hazırlamaq üçün kifayət qədər vaxta malik olmaq hüququ daha geniş təmin olunur, müdafiə imkanlarının səmərəsi artır.
    Kurs çərçivəsində müasir texnologiyalarla təmin olunmuş məhkəmə iclas zalının imkanları və onların təcrübədə tətbiqi ilə tanışlıq keçirilmiş, fikir mübadiləsi aparılmışdır.






All Rights Reserved © 2005 Judicial Legal Сouncil of the Azerbaijan Republic