Əsas səhifə   |   Sual-cavab   |  Saytın xəritəsi   |  Əlaqələr




    HAKİMLİYƏ NAMİZƏDLƏRLƏ TEST İMTAHANI
    MAY AYININ 7-DƏ KEÇİRİLƏCƏKDİR


    Hakimlərin Seçki Komitəsi bildirir ki, hakim vəzifələrinə namizədlərlə test imtahanı may ayının 7-də Bakı İdman Sarayında saat 12:00-da keçiriləcək, nəticələr imtahanın sonunda dərhal elan olunacaqdır.
    Test sualları bilavasitə imtahan keçirilən zalda, saat 10:00-dan etibarən seçilib, namizədlərin sayına uyğun çoxaldılacaqdır. Bu prosesi izləmək arzusunda olan bütün hakimliyə namizədlər dəvət olunurlar.
    Hakimliyə namizədlər “İmtahana buraxılış vərəqəsi”ni may ayının 4-dən Hakimlərin Seçki Komitəsindən şəxsiyyət vəsiqələrini təqdim etməklə almalıdırlar. Buraxılış rejiminin və namizədlərin yerləşdirilməsinin təmin olunması üçün hakimliyə namizədlər imtahan verilən binanın qarşısına “İmtahana buraxılış vərəqəsi”ndə göstərilən vaxtda gəlməlidirlər.
    İmtahana gələrkən hakimliyə namizədlər “İmtahana buraxılış vərəqəsi”ni və şəxsiyyət vəsiqəsini mütləq gətirməlidirlər. Göstərilən sənədlərdən biri olmadıqda namizəd imtahana baraxılmayacaqdır.

    Əlaqə telefonu: 510-82-54






All Rights Reserved © 2005 Judicial Legal Сouncil of the Azerbaijan Republic