Ölkəmizdə ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə görülən tədbirlər çərçivəsində hakim vəzifəsinə namizədlərin müasir beynəlxalq standartlar səviyyəsində, tam şəffaf şəraitdə seçilməsi prosesi davam edir.
Hakimlərin Seçki Komitəsinin iclasında hakimliyə namizədlərlə test imtahanının ikinci fazasının - yazılı imtahanın təşkili ilə bağlı zəruri tədbirlər müzakirə edilmiş və imtahanın iyun ayının 30-da vahid zalda - Bakı İdman Sarayında keçirilməsi məqsədəmüvafiq hesab edilmişdir.
İmtahanın təşkili ilə bağlı əlavə məlumatlar veriləcəkdir.