Əsas səhifə   |   Sual-cavab   |  Saytın xəritəsi   |  Əlaqələr




    MƏHKƏMƏ-HÜQUQ ŞURASININ NÖVBƏTİ İCLASI KEÇİRİLMİŞDİR

    Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilmişdir. Fikrət Məmmədovun sədrliyi ilə keçirilən iclasda qeyd olunmuşdur ki, məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi barədə dövlət başçısının tapşırıqlarına əsasən görülən tədbirlər ədalət mühakiməsinin səmərəliliyinə əsaslı təsir göstərmiş, yol verilən bir çox nöqsanların qarşısı qətiyyətlə alınmış, şikayətlərin sayı azalmışdır. Bununla belə bəzi hakimlər tərəfindən qanunvericiliyin tələblərinin pozulması hallarının hələ də davam etməsi bildirilmişdir.
    İclasda hakimlər barədə başlanılmış intizam icraatlarına baxılaraq qanunvericiliyin tələblərini pozduqlarına görə Bakı şəhəri Nizami rayon məhkəməsinin hakimi Şahin Atakişiyevə, Binəqədi rayon məhkəməsinin hakimi Rəsmiyyə Hüseynovaya və Gədəbəy rayon məhkəməsinin hakimi Hüseyn Hüseynova töhmət verilmişdir.
    Həmçinin, Şurada qanunvericiliyin tələblərinin pozulması hallarına yol verdiyinə görə 1 hakim barədə intizam icraatı başlanılmışdır.






All Rights Reserved © 2005 Judicial Legal Сouncil of the Azerbaijan Republic