Hakimlərin Seçki Komitəsi bildirir ki, yazılı və şifahi imtahanlardan müvəffəqiyyətlə keçmiş 80 nəfər hakimliyə namizədlə ilkin uzunmüddətli tədris kursları oktyabr ayının 19-dan 2 növbədə (9:00-dan 13:20-dək və 14:00-dan 18:20-dək) Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında təşkil ediləcəkdir (ünvan: Bakı şəhəri, Vidadi küçəsi, 158).
Kursun açılışı oktyabr ayının 19-da saat 10:00-da Ədliyyə Nazirliyində keçiriləcəkdir.