|

Ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə həyata keçirilən tədbirlər çərçivəsində hakimlərin tədrisi, o cümlədən onların insan hüquqları ilə bağlı beynəlxalq dəyərlərə yiyələnmələri diqqət mərkəzində saxlanılır.
Məhkəmə-Hüquq Şurası tərəfindən ATƏT-nin Bakı Ofisi ilə birgə təşkil edilən “Hakimlər, dövlət ittihamçıları və vəkillər üçün səhnələşdirilmiş məhkəmə treninqi” layihəsi üzrə təlimlər keçirilmişdir.

“Ədalət mühakiməsinə dair beynəlxalq standartların tətbiqinə dair praktiki məsələlər”, “Ədalətli məhkəmə araşdırması hüququ” və “Cinayət mühakimə icraatı” mövzularında keçirilən təlimlərdə Fransanın Kolmar şəhər Apellyasiya Məhkəməsinin sədri cənab Jan Jak Hayntzın, Norveçdən olan hakim cənab Jan M. Olsenin, ATƏT-nin Bakı Ofisinin Hüquq məsələləri üzrə eksperti cənab Helge Kaasboellin və yerli mütəxəssislərin çıxışları dinlənilmiş, səmərəli müzakirələr aparılmışdır.
Təlimlərin səhnələşdirilmiş məhkəmə formatında aparılması ədalət mühakiməsinin həyata keçirilməsində beynəlxalq standartların tətbiqinin öyrənilməsi baxımından xüsusi əhəmiyyət kəsb etmişdir.
|
|