Əsas səhifə   |   Sual-cavab   |  Saytın xəritəsi   |  Əlaqələr




    HAKİMLİYƏ NAMİZƏDLƏR TÜRKİYƏDƏ TƏLİM KEÇMİŞLƏR


    Ədalət mühakiməsinin səmərəliliyinin artırılması barədə dövlət başçısı cənab İlham Əliyevin tapşırıqlarına əsasən məhkəmələrin insan haqlarının əsl təminatçısına çevrilməsi, onların hazırlıqlı və mənəvi cəhətdən saf hakimlərlə komplektləşdirilməsi üzrə ardıcıl tədbirlər görülür.


    Şəffaf və çoxmərhələli prosedurlar əsasında seçilmiş 80 nəfər hakimliyə namizədin hakim vəzifələrinə tam hazırlanmaları üçün Ədliyyə Akademiyasında keçirilən uzunmüddətli tədris kursu davam edir.
    Mətbuatda xəbər verildiyi kimi Türkiyə Ədliyyə Akademiyası ilə səmərəli əməkdaşlıq nəticəsində bütün hakimliyə namizədlər üçün qardaş ölkədə təcrübə mübadiləsi məqsədilə nəzəri və praktiki təlimlər təşkil olunmuşdur.


    İki həftə ərzində davam etmiş təlimlər bu günlərdə başa çatmışdır. Ölkəmizdə inzibati ədliyyənin formalaşdırılması, o cümlədən cari ildə inzibati məhkəmələrin yaradılmasının nəzərdə tutulması ilə əlaqədar təlimlər zamanı bu sahədə Türkiyə təcrübəsinin öyrənilməsinə xüsusi diqqət yetirilmişdir. Həmçinin, hakimliyə namizədlər üçün İnsan hüquqları üzrə Avropa Konvensiyasının və Avropa Məhkəməsi presedentlərinin tətbiqi məsələləri, hakimin peşə etikası, məhkəmə fəaliyyətində yeni informasiya və kommunikasiya texnologiyalarından istifadə və s. məsələlər üzrə təcrübəli mütəxəssislərin iştirakı ilə təlimlər təşkil olunmuş, səmərəli müzakirələr keçirilmişdir.


    Səfər çərçivəsində namizədlər Türkiyə Böyük Millət Məclisində, Prezident Administrasiyasında, Konstitusiya məhkəməsində, Ali Məhkəmədə, Baş Prokurorluqda, habelə müxtəlif məhkəmələrdə təcrübi məşğələlər keçmiş, Ali Məhkəmənin sədri Həsən Gerçəkər tərəfindən qəbul edilmişlər.




All Rights Reserved © 2005 Judicial Legal Сouncil of the Azerbaijan Republic