|
İNSAN HÜQUQLARI ÜZRƏ AVROPA MƏHKƏMƏSİNİN TƏCRÜBƏSİNDƏ SƏMƏRƏLİ HÜQUQİ MÜDAFİƏ VASİTƏLƏRİ HÜQUQU
Bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqları pozulan hər kəs, hətta bu pozulma rəsmi fəaliyyət göstərən şəxslər tərəfindən törədildikdə belə, dövlət orqanları qarşısında səmərəli hüquqi müdafiə vasitələrinə...
İNSAN HÜQUQLARI ÜZRƏ AVROPA MƏHKƏMƏSİNİN PRESEDENT HÜQUQU MƏHKƏMƏ SİSTEMİMİZDƏ UĞURLA TƏTBİQ EDİLİR
Presedent hüquq qədim tarixə malikdir. Qədim Romada ediktlər (şifahi ərizələr) və ya başqa magistrlərin qərarları presedent kimi çıxış edirdi. Orta əsrlərdə presedent hüququn mənbəyi kimi daha çox İngiltərədə işlənməyə başlanmışdır. Normandiya lideri I Vilyam 1066-cı ildə İngiltərəni zəbt edəndən sonra krallığın səyyar məhkəmələrini yaratdı ki, onlar işləri yerində həll edib, qərar verirdilər. Həmin qərarlar anoloji işlərə baxılarkən əsas götürülürdü və eyni məzmunlu qərarlar qəbul olunurdu. Beləliklə, presedentlər vahid bir sistem kimi formalaşmağa başladı ki, anqlosakson hüquq sistemində hüququn mənbəyi kimi qəbul olundu...
"Xalq" qəzeti, 14 aprel 2008-ci il |
İNSAN HÜQUQLARI ÜZRƏ AVROPA MƏHKƏMƏSİ VƏ MİLLİ ƏDLİYYƏ
Azərbaycan Respublikasında ədalət mühakiməsinin səmərəliliyinin artırılması, məhkəmə sisteminin təkmilləşdirilməsi və bu sahədə fəaliyyətin beynəlxalq standartlara uyğun həyata keçirilməsi məqsədilə aparılan islahatlar uğurla davam etdirilir. Ölkəmizdə aparılan məhkəmə-hüquq islahatları həm cəmiyyət və həm də nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir. Azərbaycan Respublikasının...
CİNAYƏT PROSESİNDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN MÜDAFİƏSİ SAHƏSİNDƏ BEYNƏLXALQ TƏCRÜBƏ ÖYRƏNİLİR
Avropa Şurasının tamhüquqlu üzvü olduqdan sonra Avropa ailəsinə daha sürətlə inteqrasiya edən Azərbaycan Respublikasında insanların əsas hüquq və azadlıqlarının müdafiəsinin təmin olunmasına yönələn islahatlar davam etməkdədir. Bu proseslərin tərkib hissəsi olan məhkəmə-hüquq islahatları cəmiyyət üzvlərinin,...
AVROPA İNSAN HÜQUQLARI MƏHKƏMƏSİ İLƏ SIX ƏMƏKDAŞLIQ, AZƏRBAYCANDA MƏHKƏMƏ-HÜQUQ İSLAHATLARININ SƏMƏRƏSİNİ ARTIRIR
Azərbaycan Respublikası 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra bəşəri dəyərləri özünün əsas siyasi xətti kimi bəyan edərək demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunu özünün inkişaf yolu kimi müəyyənləşdirdi. 1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının yeni Konstitusiyası insan və vətəndaş hüquq və azadlıqlarına yüksək dəyər verərək bu haqların qorunmasını dövlətin ali məqsədi elan etdi və insan hüquq və azadlıqlarının qorunması bütün dövlət orqanlarının əsas vəzifəsi kimi müəyyən edildi. Müstəqilliyimizin əbədiliyi üçün respublikamızın nüfuzlu universal və regional xarakterli beynəlxalq təşkilatlara daxil olması və çoxsaylı beynəlxalq müqavilələrə qoşulması zəruri idi...
Xalq Qəzeti, 22 aprel 2007-ci il |
|