Əsas səhifə   |   Sual-cavab   |  Saytın xəritəsi   |  Əlaqələr




  • 30/06/2009



    Azərbaycan Respublikası Prezidentinin tapşırıqlarına əsasən ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə görülən tədbirlər çərçivəsində hakim vəzifəsinə namizədlərin tam şəffaf şəraitdə, müasir beynəlxalq tələblər səviyyəsində seçimi davam edir.
    Ötən ay 440-dək hakimliyə namizəd üçün vahid zalda test imtahanı keçirilmiş, imtahan prosesinin bütün mərhələləri, o cümlədən sualların seçilməsi, test sualları kitabçalarının çap edilməsi həmin auditoriyada, namizədlərin gözü qarşısında həyata keçirilmişdir.
    Test imtahanından 60 və daha artıq bal toplayaraq imtahanın ikinci mərhələsinə buraxılmış 213 nəfər hakimliyə namizədlə 30 iyun 2009-cu il tarixdə...



  • 18/06/2009



    Ölkəmizdə ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə görülən tədbirlər çərçivəsində hakim vəzifəsinə namizədlərin müasir beynəlxalq standartlar səviyyəsində, tam şəffaf şəraitdə seçilməsi prosesi...



  • 18/06/2009



    Hakimlərin tədrisinin mühüm əhəmiyyəti nəzərə alınaraq Məhkəmə-Hüquq Şurası tərəfindən bu sahədə ardıcıl tədbirlər görülür, beynəlxalq təşkilatlarla sıx əlaqələr qurulur.
    Səhnələşdirilmiş məhkəmə formatında təlimlərin ədalət mühakiməsi standartlarının öyrənilməsində və praktiki tətbiqində əhəmiyyəti nəzərə alınaraq Məhkəmə-Hüquq Şurası, Baş Prokurorluq, Vəkillər Kollegiyası və ATƏT-in Bakı ofisinin səmərəli əməkdaşlığı nəticəsində...



  • 07/05/2009



    Azərbaycan Respublikasında ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə dövlət başçısının tapşırıqlarına əsasən görülən tədbirlər çərçivəsində hakim vəzifəsinə namizədlərin tam şəffaf şəraitdə, ən müasir beynəlxalq tələblər səviyyəsində seçimi həyata keçirilir.
    Son illər ərzində yeni mütərəqqi qaydalara uyğun, çoxmərhələli seçim prosedurları nəticəsində 157 nəfər yüksək...



  • 04/05/2009



    Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilmişdir. İclasdan əvvəl Azərbaycan Dövlət Neft Akademiyasında aprel ayının 30-da baş vermiş faciə zamanı həlak olanların xatirəsi şura üzvləri tərəfindən bir dəqiqəlik sükutla yad edilmişdir.
    Ədliyyə Naziri Fikrət Məmmədovun sədrliyi ilə keçirilən iclasda hakimliyə namizədlərin seçilməsi prosesi ilə bağlı Hakimlərin Seçki Komitəsinin məlumatı dinlənilmişdir.
    Qeyd olunmuşdur ki, dövlət başçısı cənab İlham Əliyevin məhkəmə fəaliyyətinin təkmilləşdirilməsinə dair tapşırıqlarının icrası üzrə görülmüş...



  • 01/05/2009



    Hakimlərin Seçki Komitəsi bildirir ki, hakim vəzifələrinə namizədlərlə test imtahanı may ayının 7-də Bakı İdman Sarayında saat 12:00-da keçiriləcək, nəticələr imtahanın sonunda dərhal elan olunacaqdır.
    Test sualları bilavasitə imtahan keçirilən zalda, saat 10:00-dan etibarən seçilib, namizədlərin sayına uyğun...



  • 07/04/2009



    Mətbuatda xəbər verildiyi kimi hakimliyə namizədlərin sənədlərinin qəbulu aprel ayının 15-dək davam edəcək, namizədlərlə test imtahanı isə may ayının 7-də, “Bakı İdman Sarayında” keçiriləcəkdir.
    Hakimlərin Seçki Komitəsi bildirir ki, hakimliyə namizədlərə kömək məqsədilə...



  • 02/04/2009



    Məlum olduğu kimi ölkəmizdə hakimliyə namizədlərin növbəti seçim prosesi keçirilir. Hakimlərin Seçki Komitəsinin iclasında hakim vəzifəsinə namizədlərin sənədlərinin qəbulu vəziyyəti müzakirə edilmiş, 3 aydan artıq müddətdə davam edən sənəd qəbulu zamanı 300-dən çox hüquqşünasın hakim olmaq üçün namizədliyini...



  • 16/03/2009



    Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə tapşırıqlarının icrası daim diqqət mərkəzində saxlanılaraq bu sahədə ardıcıl tədbirlər davam etdirilir.
    Hakim kadrlarına ehtiyacla bağlı hakimliyə namizədlərin növbəti seçim prosesi həyata keçirilir və artıq 300-dək şəxs sənədlərini təqdim etmişdir. Əvvəlki illərdə hakimliyə namizədlərin hazırlaşmalarına köməklik məqsədilə keçirilmiş hazırlıq kurslarının səmərəsi nəzərə alınaraq Hakimlərin Seçki Komitəsi tərəfindən namizədlər üçün...



  • 11/03/2009



    Mətbuatda xəbər verildiyi kimi hakimliyə namizədlərin imtahanlara hazırlaşmalarına köməklik məqsədilə Hakimlərin Seçki Komitəsi tərəfindən təlim kursları...



  • 11/03/2009



    Məhkəmə-Hüquq Şurası tərəfindən Avropa Şurası ilə səmərəli əməkdaşlıq çərçivəsində “Avropa İnsan hüquqları konvensiyasının ölkədaxili tətbiqinə dair” növbəti iki günlük seminar başlanmışdır.
    Avropa Şurasının insan haqları ilə bağlı nüfuzlu ekspertləri tərəfindən keçirilən seminarın açılışında çıxış edən Məhkəmə-Hüquq Şurası yanında Hakimlərin və dövlət ittihamçılarının tədrisi...



  • 24/02/2009


    Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilmişdir. Fikrət Məmmədovun sədrliyi ilə keçirilən iclasda ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə son dövrlər görülmüş işlər vurğulanmış, ölkə Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə təsdiq olunmuş «Azərbaycan ədliyyəsinin inkişafına dair 2009-2013-cü illər üçün Dövlət Proqramı» nda məhkəmə fəaliyyətinə dair tədbirlərin icrasının təşkili...



  • 17/02/2009


    Məlum olduğu kimi ölkəmizdə ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə görülən tədbirlər çərçivəsində hakim vəzifəsinə namizədlərin beynəlxalq standartlara uyğun, ən şəffaf və obyektiv üsullarla növbəti seçimi ilə bağlı sənəd qəbulu...



  • 16/02/2009


    Ölkə Prezidenti cənab İlham Əliyevin ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə tapşırıqlarının, o cümlədən Azərbaycan ədliyyəsinin inkişafına dair Dövlət Proqramının icrası üzrə görülən tədbirlər çərçivəsində məhkəmələrdə müasir informasiya texnologiyalarının...



  • 09/02/2009


    Dövlət idarəçilik mexanizmlərinin müasirləşdirilməsi, məhkəmə-hüquq islahatlarının daha da dərinləşdirilməsi, hüquqi təsisatların möhkəmləndirilməsi, beynəlxalq hüquq əməkdaşlığının genişləndirilməsi ədliyyə və məhkəmə orqanlarının işinin müasir dövrün tələblərinə və beynəlxalq standartlara uyğun təşkil edilməsini, onun maddi-texniki bazasının modernləşdirilməsini şərtləndirir...



  • 09/02/2009


    Ölkəmizdə hüquq sisteminin müasirləşdirilməsi, məhkəmə-hüquq islahatlarının davam etdirilməsi ədliyyə orqanlarının və məhkəmələrin fəaliyyətinin son dövrün tələbləri səviyyəsində qurulmasını, ədalət mühakiməsinin səmərəliliyinin artırılmasını, vətəndaşların məhkəmələrə və ədliyyə orqanlarına müraciət imkanlarının asanlaşdırılmasını, regionlarda hüquq infrastrukturunun genişləndirilməsini, yeni nəsil hüquqşünaslarının formalaşdırılmasını, cəza-icra siyasətinin humanistləşdirilməsini zəruri edir...



  • 16/01/2009


    Ölkə Prezidenti cənab İlham Əliyevin ədalət mühakiməsinin səmərəliliyinin artırılması ilə bağlı tapşırıqlarının icrası üzrə həyata keçirilən tədbirlər çərçivəsində hakimlərin iş yükünün azaldılması məqsədilə hakim ştatlarının sayı 50 faiz artırılmış, 160-dək yüksək hazırlıqlı hakimliyə namizəd Avropada ən mütərəqqi qaydalarla seçilib hakim vəzifələrinə...




All Rights Reserved © 2005 Judicial Legal Council of the Azerbaijan Republic