Əsas səhifə Saytın xəritəsi E-müraciət Qəbul Axtarış Əlaqə Linklər

    
        www.heydar-aliyev.org

    
               www.president.az

    
             www.azerbaijan.az

    
             www.courts.gov.az

    
        www.constcourt.gov.az

    
   www.supremecourt.gov.az

    
             www.justice.gov.az

    
                www.e-qanun.az


  Yeni:  

ƏSAS SƏHİFƏ

MƏHKƏMƏ-HÜQUQ ŞURASININ MƏLUMATI 15.05.2019
Məhkəmə-Hüquq Şurasının iclası keçirilib. İclasda məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsi haqqında dövlət başçısı cənab İlham Əliyevin 03.04.2019-cu il tarixli Fərmanı üzrə görülən işlər müzakirə edilib.

Ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə keçirilən tədbirdə bildirilib ki, Fərmanın icrasından irəli gələn məsələlər dərhal bütün apellyasiya məhkəmələri sədrlərinin, hakim assosiasiyaları rəhbərlərinin, vətəndaş cəmiyyəti və KİV nümayəndələrinin iştirakı ilə Şurada geniş müzakirə edilərək kompleks tədbirlər müəyyən olunub...
   


ABŞ-IN ÖLKƏMİZDƏKİ SƏFİRİ İLƏ GÖRÜŞ 07.05.2019
Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfiri Örl Litzenberqer ilə görüşüb.

Azərbaycanın ABŞ-la əməkdaşlığa böyük əhəmiyyət verdiyini və əlaqələrin müxtəlif istiqamətləri əhatə etdiyini vurğulayan nazir hüquqi sahədə əməkdaşlıqdan bəhs edib, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan məhkəmə-hüquq islahatları, o cümlədən elektron məhkəmənin tətbiqi, hakimlərin ən şəffaf seçimi və tədrisi barədə məlumat verib, həyata keçirilən tədbirlərdə ABŞ-ın ölkəmizdəki Səfirliyinin iştirakını qeyd edib...
   


"ELEKTRON MƏHKƏMƏ" İNFORMASİYA SİSTEMİ İCTİMAİYYƏTƏ TƏQDİM OLUNUB 30.04.2019
Aprelin 30-da Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə Bakı şəhəri Sabunçu Məhkəmə Kompleksində vətəndaş cəmiyyəti üçün "Azərbaycanda elektron məhkəmənin tətbiqi və inkişafı perspektivləri" mövzusunda ictimai təqdimat keçirilib.

Tədbirdə nazirliyin rəhbərliyi, Prezident Administrasiyasının məsul nümayəndələri Milli Məclisin deputatları, hakimlər, dövlət ittihamçıları və vəkillər, ictimai xadimlər, ədliyyə naziri yanında İctimai Komitənin üzvləri və digər vətəndaş cəmiyyətinin təmsilçiləri, çoxsaylı KİV rəhbərləri, blogerlər, alimlər və tələbələr iştirak ediblər...
   


ƏDLİYYƏ NAZİRLİYİNDƏ CISCO ŞİRKƏTİNİN NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞ 25.04.2019
Aprelin 25-də Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov ölkəmizdə səfərdə olan CISCO şirkətinin qlobal innovasiyalar üzrə vitse-prezidenti Qay Didrixin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

IT texnologiyaları sahəsində dünyada tanınmış lider şirkətlərdən olan CISCO-nun Azərbaycanla səmərəli əməkdaşlığından məmnunluğunu ifadə edən nazir ölkə Prezidenti cənab İlham Əliyevin siyasi iradəsi ilə ədliyyə və məhkəmə sistemində aparılan islahatlar...
   


SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİNİN HAKİMİ İ.M.MAHMUDOVUN SƏLAHİYYƏTLƏRİNƏ VAXTINDAN ƏVVƏL XİTAM VERİLMƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI 17.04.2019
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini, habelə “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 113-cü və 114-cü maddələrini rəhbər tutaraq qərara alıram...
   


MƏHKƏMƏ-HÜQUQ ŞURASINDA “QAYNAR XƏTT” YARADILIB 15.04.2019
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 03 aprel 2019-cu il tarixli Fərmanı bu sahədə islahatların keyfiyyətcə yeni mərhələyə keçməsini şərtləndirmiş, məhkəmə-hüquq orqanlarının fəaliyyətinin müasir tələblər səviyyəsində qurulması üçün “yol xəritəsi” olmuşdur.

Fərmanda ədalət mühakiməsinin səmərəliliyinin artırılması və məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə çoxsaylı mütərəqqi tədbirlərlə yanaşı məhkəmələrin fəaliyyətinə müdaxilənin qarşısının alınması mexanizmlərinin təkmilləşdirilməsi...
   


MƏHKƏMƏ-HÜQUQ ŞURASININ SƏDRİ BƏRDƏDƏ VƏTƏNDAŞLARI QƏBUL EDİB 12.04.2019
Ölkə Prezidenti cənab İlham Əliyevin dövlət qurumları tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması barədə tapşırıqlarına uyğun olaraq Ədliyyə Nazirliyi tərəfindən vətəndaşların bölgələrdə qəbuluna xüsusi diqqət yetirilir.

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin yerlərdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq aprelin 12-də ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov Bərdə rayonunda Bərdə, Tərtər, Ağdam və digər rayonlardan olan vətəndaşların...
   


“MƏHKƏMƏ İSLAHATLARINDA YENİ MƏRHƏLƏ” MÖVZUSUNDA BRİFİNQ KEÇİRİLİB 11.04.2019
Ölkə Prezidenti cənab İlham Əliyevin aprelin 3-də imzaladığı “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı bu sahədə islahatların yeni mərhələdə müasir çağırışlara uyğun və sistemli həyata keçirilməsinə rəvac verib. Ədliyyə və məhkəmə sistemi üçün mühüm “yol xəritəsi” olan Fərmanın Ədliyyə Nazirliyi tərəfindən təxirəsalınmadan icrasına başlanılıb, o cümlədən bu mühüm sənədin müstəsna əhəmiyyəti barədə ardıcıl maarifləndirmə tədbirləri, ictimai müzakirələr davam etdirilir.

Aprelin 11-də Ədliyyə Nazirliyinin və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin müasir binasında “Məhkəmə islahatlarında yeni mərhələ” mövzusunda brifinq keçirilib.

Tədbirdə Ədliyyə Nazirliyinin, Məhkəmə-Hüquq Şurasının, Vəkillər Kollegiyasının və Mətbuat Şurasının rəhbər şəxsləri, hakimlər və digər hüquqşünaslar, millət vəkilləri, vətəndaş cəmiyyətinin və çoxsaylı kütləvi informasiya vasitələrinin nümayəndələri...
   


MƏHKƏMƏ FƏALİYYƏTİNİN TƏKMİLLƏŞDİRİLMƏSİ ÜZRƏ TƏXİRƏSALINMAZ TƏDBİRLƏR GÖRÜLÜR 08.04.2019
Məhkəmə-Hüquq Şurasının bütün apellyasiya məhkəmələri sədrlərinin, hakim assosiasiyaları rəhbərlərinin, habelə vətəndaş cəmiyyəti və KİV nümayəndələrinin iştirakı ilə geniş iclası keçirilib. İclasda ölkə Prezidentinin «Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında» 03 aprel 2019-cu il tarixli Fərmanından irəli gələn vəzifələr müzakirə olunub.

Çıxış edən Şuranın sədri, ədliyyə naziri Fikrət Məmmədov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə insanların rifahının yaxşılaşdırılmasına yönələn hərtərəfli sosial-iqtisadi islahatlar barədə məlumat verib, ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə mütərəqqi tədbirlərə toxunub...
   


MƏHKƏMƏ-HÜQUQ SİSTEMİNDƏ İSLAHATLARIN DƏRİNLƏŞDİRİLMƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI 03.04.2019
Ölkəmizin davamlı tərəqqisinin təmin edilməsi üçün bütün sahələrdə həyata keçirilən islahatlar məhkəmə-hüquq sisteminin inkişafında yeni mərhələnin başlanmasını və bu sahədə islahatların dərinləşdirilməsini zəruri edir.

Müasir dövrün tələblərinə cavab verən, cəmiyyətdə yüksək nüfuza malik ədalət mühakiməsinin formalaşdırılması prosesini sürətləndirmək məqsədilə məhkəməyə müraciət imkanları daha da genişləndirilməli, məhkəmələrin fəaliyyətində şəffaflıq artırılmalı, məhkəmə icraatının effektivliyi yüksəldilməli, məhkəmə qərarlarının tam və vaxtında icra edilməsi təmin olunmalı, süründürməçiliyin və digər neqativ halların aradan qaldırılması üçün görülən tədbirlər gücləndirilməlidir...
   


 Səhifə:   1 | 2 | 3 | 4 | 5 | 6 ... Son


 





© 2005-2010, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası
Ünvan: Bakı şəhəri, Z. Xəlilov küç., 540-cı məhəllə, AZ1073, Azərbaycan
Telefon: (00994 12) 510-21-62 (Faks)
www.jlc.gov.az