Əsas səhifə Saytın xəritəsi E-müraciət Qəbul Axtarış Əlaqə Linklər

    

    
               www.president.az

    
             www.azerbaijan.az

    
             www.courts.gov.az

    
        www.constcourt.gov.az

    
   www.supremecourt.gov.az

    
             www.justice.gov.az

    
                www.e-qanun.az


  Yeni:  

ƏSAS SƏHİFƏ

AZƏRBAYCAN RESPUBLİKASI ALİ MƏHKƏMƏSİ HAKİMLƏRİNİN TƏYİN EDİLMƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN QƏRARI 05.05.2020
AZƏRBAYCAN RESPUBLİKASI ALİ MƏHKƏMƏSİ HAKİMLƏRİNİN TƏYİN EDİLMƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN QƏRARI

Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 10-cu bəndinə, 131-ci maddəsinin II hissəsinə, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 94-cü maddəsinin ikinci hissəsinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikasının Milli Məclisi qərara alır: ...
   


AZƏRBAYCAN RESPUBLİKASINDA KORONAVİRUS (COVID-19) İNFEKSİYASININ YAYILMASI TƏHLÜKƏSİNİN QARŞISININ ALINMASI MƏQSƏDİ İLƏ MƏHKƏMƏLƏRDƏ HƏYATA KEÇİRİLMƏSİ ZƏRURİ OLAN TƏDBİRLƏR HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASI ALİ MƏHKƏMƏSİNİN MƏLUMATI 02.05.2020
Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması ilə əlaqədar Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrini və Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın 1 may 2020-ci il tarixli Qərarını, habelə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 6 nömrəli, 23 aprel 2020-ci il tarixli Qərarındakı yanaşmanın davam etdirilməsinin zəruriliyini nəzərə alaraq Azərbaycan Respublikasının məhkəmələrinə işlərə baxılması ilə bağlı aşağıdakılar tövsiyə edilsin:

    1. Xüsusi karantin rejiminin müddətinin uzadıldığı 31 may 2020-ci il saat 00:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunun inzibati ərazisində fəaliyyət göstərən məhkəmələr...
   


AZƏRBAYCAN RESPUBLİKASINDA KORONAVİRUS (COVID-19) İNFEKSİYASININ YAYİLMASI TƏHLÜKƏSİNİN QARŞISININ ALINMASI MƏQSƏDİ İLƏ MƏHKƏMƏLƏRDƏ HƏYATA KEÇİRİLMƏSİ ZƏRURİ OLAN TƏDBİRLƏR HAQQINDA 23.04.2020
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun

Q Ə R A R I

N 06
Bakı şəhəri 23 aprel 2020-ci il

Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması ilə əlaqədar Ümumdünya Səhiyyə Təşkilatının və Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrini, eləcə də vətəndaşların və proses iştirakçılarının müraciətlərini nəzərə alaraq, “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 4, 11, 12, 25-ci maddələrini və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 79-cu maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu

QƏRARA ALDI:


1. Azərbaycan Respublikasının bütün məhkəmələrinə tövsiyə edilsin:

1.1. Təxirəsalınmaz qaydada baxılmalı olan, yaxud məhkəmə baxışının keçirilməsini tələb etməyən işlərə (qətimkan tədbirlərinin seçilməsi, uzadılması, dəyişdirilməsi, ləğvi, inzibati həbs nəzərdə tutulan işlər, zəruri hallarda hökmün və ya məhkəmənin digər yekun qərarının icrası qaydasında müraciətlər, iddianın təmin tədbirlərinin görülməsi, əmr icraatı, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat, bəzi kateqoriya üzrə xüsusi icraat işləri və sair) baxılması...
   


MƏHKƏMƏ-HÜQUQ ŞURASININ SƏDRİ TƏRƏFİNDƏN BÖLGƏ VƏTƏNDAŞLARININ VİDEOQƏBULU KEÇİRİLİB 16.04.2020
Dünyada koronavirus (COVİD-19) infeksiyasının yayılması ilə əlaqədar ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə qlobal pandemiyaya qarşı qəti tədbirlər görülür, əhalinin sağlamlığının və təhlükəsizliyinin qorunması məqsədilə zəruri preventiv və profilaktik işlər aparılır, kütləvi tədbirlərlə yanaşı açıq qəbullar təxirə salınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrinə uyğun olaraq aprelin 16-da ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov tərəfindən...
   


HAKİMLƏR KORONAVİRUSLA MÜBARİZƏYƏ DƏSTƏK FONDUNA İANƏLƏR EDİBLƏR 24.03.2020
Hüquq ictimaiyyəti koronavirusla mübarizə tədbirlərinə fəal dəstək göstərərək, Prezident cənab İlham Əliyevin “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanına əsasən yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna könüllü ianələr edir.

Məhkəmə-Hüquq Şurası, Hakim assosiasiyaları, apelyasiya və birinci instansiya məhkəmələrinin hakimləri də bu nəcib təşəbbüsə qoşulub, Koronavirusla Mübarizəyə Dəstək Fonduna əmək haqlarından...
   


AZƏRBAYCAN RESPUBLİKASINDA KORONAVİRUS (COVİD-19) İNFEKSİYASININ YAYILMASI TƏHLÜKƏSİNİN QARŞISININ ALINMASI MƏQSƏDİ İLƏ MƏHKƏMƏLƏRDƏ HƏYATA KEÇİRİLMƏSİ ZƏRURİ OLAN TƏDBİRLƏR HAQQINDA 19.03.2020
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun

Q Ə R A R I

N 05
Bakı şəhəri 19 mart 2020-ci il

Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması ilə əlaqədar Ümumdünya Səhiyyə Təşkilatının və Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrini, eləcə də vətəndaşların və proses iştirakçılarının müraciətlərini nəzərə alaraq, “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 4, 11, 12, 25-ci maddələrini və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 79-cu maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu

QƏRARA ALDI:


1. Azərbaycan Respublikasının bütün məhkəmələrinə tövsiyə edilsin:

1.1. Təxirəsalınmaz qaydada baxılmalı olan, yaxud məhkəmə baxışının keçirilməsini tələb etməyən işlərə (qətimkan tədbirlərinin seçilməsi...
   


VƏTƏNDAŞLARIN NƏZƏRİNƏ! 17.03.2020
Koronovirus (COVİD-19) infeksiyasına qarşı mübarizənin təşkili məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin təlimatına əsasən vətəndaşların qəbulu təxirə salınmışdır.

Bununla əlaqədar müraciətlər Məhkəmə-Hüquq Şurasının rəsmi elektron ünvanına (info@jlc.gov.az) göndərilə, yaxud (012) 510-21-62 nömrəli telefonla faks edilə bilər. Həmin müraciətlərə "Vətəndaşların müraciətləri haqqında" Qanunda nəzərdə tutulmuş qaydada baxılacaqdır.

Həmçinin bildirilir ki, Şurada "Qaynar xətt" (012-310-22-77) fasiləsiz fəaliyyət...
   


HAKİM OLMAQ ARZUSUNDA OLAN ŞƏXSLƏRİN NƏZƏRİNƏ! 17.03.2020
Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən koronovirus (COVİD-19) infeksiyasına qarşı mübarizənin təşkili məqsədilə xüsusi rejimdə iş normalarına dair təlimat verilib.

Bununla əlaqədar Hakimlərin Seçki Komitəsi bildirir ki, hakim olmaq arzusunda olan şəxslərin sənədləri elektron qaydada qəbul edilir.

Bu məqsədlə sənədlərin elektron qaydada qəbulu üçün prosedurlar tam sadələşdirilmişdir.

Belə ki, hakimliyə namizədliyinin qeydə alınmasını istəyən şəxslər müvafiq ərizə və aşağıdakı sənədlərinin foto-surətini Komitənin hsk@jlc.gov.az ünvanına elektron formatda, o cümlədən mobil...
   


MƏHKƏMƏ FƏALİYYƏTİ MÜASİRLƏŞDİRİLİR 10.03.2020
Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib. İclasda məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə bir sıra aktual məsələlər müzakirə edilib.

Çıxış edən Şuranın sədri, ədliyyə naziri Fikrət Məmmədov dahi öndər Heydər Əliyevin müəyyən etdiyi tərəqqi yolunun Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirildiyini, hərtərəfli, o cümlədən sosial-iqtisadi sahədə aparılan islahatların müsbət nəticələrini qeyd edib. Fevralın 9-da azad və şəffaf şəraitdə keçirilmiş parlament seçkilərinin xalqımızın gələcək inkişaf kursu ətrafında...
   


HAKİMLİYƏ NAMİZƏDLƏRİN TƏDRİS KURSU YENİ MÖVZULARLA ZƏNGİNLƏŞDİRİLİR 18.02.2020
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə görülən tədbirlər çərçivəsində hakim vəzifəsinə namizədlərin şəffaf şəraitdə seçimi davam edir. Hazırda imtahanlarda uğur qazanmış 44 nəfər namizəd hakim vəzifəsinə hazırlanmaları üçün Ədliyyə Akademiyasında təşkil edilən tədris kursuna cəlb olunub. Bu kurslarda nüfuzlu yerli və beynəlxalq ekspertlərin iştirakı ilə mühüm və aktual mövzular tədris edilir. Onların məhkəmələrdə, həmçinin, beynəlxalq təcrübəni öyrənmələri məqsədilə xarici dövlətlərdə staj keçmələri nəzərdə...
   


 Səhifə:   1 | 2 | 3 | 4 | 5 | 6 | 7 ... Son


 













© 2005-2010, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası
Ünvan: Bakı şəhəri, Z. Xəlilov küç., 540-cı məhəllə, AZ1073, Azərbaycan
Telefon: (00994 12) 510-21-62 (Faks)
www.jlc.gov.az