Əsas səhifə Saytın xəritəsi E-müraciət Qəbul Axtarış Əlaqə Linklər

    
        www.heydar-aliyev.org

    
               www.president.az

    
             www.azerbaijan.az

    
             www.courts.gov.az

    
        www.constcourt.gov.az

    
   www.supremecourt.gov.az

    
             www.justice.gov.az

    
                www.e-qanun.az


  Yeni:  

ƏSAS SƏHİFƏ

MƏHKƏMƏ-HÜQUQ ŞURASININ MƏLUMATI 12.07.2019
Məhkəmə-Hüquq Şurasının iclası keçirilib. İclasda dövlət başçısının “Məhkəmə-hüquq sahəsində islahatların dərinləşdirilməsi haqqında” 03.04.2019-cu il tarixli Fərmanı üzrə görülən işlər müzakirə edilib.

Çıxış edən Şuranın sədri, ədliyyə naziri Fikrət Məmmədov ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın iqtisadi qüdrətinin daim artdığını, sosial yönümlü mühüm qərarların qəbul olunduğunu vurğulayıb, ölkəmizin hərtərəfli inkişafına uyğun olaraq məhkəmə fəaliyyətinin də müasirləşdirildiyini...
   


İNSAN HÜQUQLARI ÜZRƏ AVROPA KOMİSSARI İLƏ GÖRÜŞ 11.07.2019
İyulun 11-də Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov ölkəmizdə səfərdə olan Avropa Şurasının İnsan Hüquqları üzrə komissarı Dunya Miyatoviç ilə görüşüb.

Azərbaycan və Avropa Şurası arasında səmərəli əməkdaşlığı qeyd edən nazir ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə insan hüquqlarının təminatına xidmət edən məhkəmə-hüquq islahatları, məhkəmə infrastrukturunun müasirləşdirilməsi, elektron məhkəmənin tətbiqi, regional məhkəmələrin fəaliyyəti barədə məlumat verib, bu sahədə islahatların dövlət başçısının 2019-cu il 3 aprel tarixli Fərmanı ilə yeni mərhələdə davam etdirildiyini...
   


MƏHKƏMƏ-HÜQUQ ŞURASININ SƏDRİ SUMQAYITDA VƏTƏNDAŞLARI QƏBUL EDİB 04.07.2019
Ölkə Prezidenti cənab İlham Əliyevin dövlət qurumları tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması barədə tapşırıqlarına uyğun olaraq Ədliyyə Nazirliyi tərəfindən vətəndaşların bölgələrdə qəbuluna xüsusi diqqət yetirilir.

Dövlət başçısının tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq iyulun 4-də ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov Sumqayıt şəhərində vətəndaşları qəbul edib...
   


MƏHKƏMƏ-HÜQUQ ŞURASININ SƏDRİ GƏNCƏDƏ VƏTƏNDAŞLARI QƏBUL EDİB 14.06.2019
Ölkə Prezidenti cənab İlham Əliyevin dövlət qurumları tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması barədə tapşırıqlarına uyğun olaraq Ədliyyə Nazirliyi tərəfindən vətəndaşların bölgələrdə qəbuluna xüsusi diqqət yetirilir.

Dövlət başçısının tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq iyunun 14-də ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov Gəncə regional ədliyyə idarəsində vətəndaşları qəbul edib...
   


GƏNCƏDƏ MƏHKƏMƏ-HÜQUQ İSLAHATLARINA DAİR GENİŞ İCTİMAİ MÜZAKİRƏ KEÇİRİRİLİB 14.06.2019
Ölkəmizdə müstəqil məhkəmə sisteminin formalaşdırılması və inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən məhkəmə-hüquq islahatları məhkəmə hakimiyyətinin müstəqilliyinin artırılmasına, ədalət mühakiməsinin əlçatanlığına və vətəndaşların hüquqlarının etibarlı müdafiəsinə xidmət edir.

Dövlət başçısının 2019-cu il 3 aprel tarixli Fərmanı məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsinə rəvac verməklə ədliyyə və məhkəmə sistemin inkişafında yeni mərhələnin başlanğıcı olub. Bu sahədə mühüm “yol xəritəsi” olan Fərmanın icrası üzrə Ədliyyə Nazirliyi tərəfindən ardıcıl tədbirlər görülür. Bu mühüm sənədin müstəsna əhəmiyyəti...
   


MƏHKƏMƏ-HÜQUQ İSLAHATLARI SAHİBKARLARIN HÜQUQLARININ ETİBARLI MÜDAFİƏSİNƏ TƏMİNAT VERİR 16.05.2019
Prezident İlham Əliyevin "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" 2019-cu il 3 aprel tarixli Fərmanının icrası üzrə Ədliyyə Nazirliyi tərəfindən ardıcıl tədbirlər görülür, bu mühüm sənədin müstəsna əhəmiyyəti, o cümlədən məhkəmə icraatının effektivliyinin yüksəldilməsi, "Elektron məhkəmə" informasiya sisteminin tətbiqi, mediasiya institutunun təşviqi, sahibkarların hüquqlarının etibarlı müdafiəsi və digər məsələlər barədə geniş maarifləndirmə işləri aparılır.

Mayın 16-da Lənkəran şəhəri Heydər Əliyev Mərkəzində Ədliyyə Nazirliyi və Məhkəmə-Hüquq Şurasının təşkilatçılığı ilə "Vətəndaşların və sahibkarların hüquqlarının müdafiəsində Azərbaycan Respublikası Prezidentinin "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" 03.04.2019-cu il tarixli Fərmanının əhəmiyyəti" mövzusunda ictimai müzakirələr keçirilib...
   


AZƏRBAYCAN RESPUBLİKASI BAŞ PROKURORLUĞU VƏ MƏHKƏMƏ-HÜQUQ ŞURASININ MƏLUMATI 16.05.2019
Bakıda ədalət mühakimə sistemində insan haqlarına dair beynəlxalq seminar öz işinə başlamışdır

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən məhkəmə-hüquq islahatları çərçivəsində ölkəmizdə müasir standartlar səviyyəsində kompleks qanunverici və institusional tədbirlərin görülməsi ilə yanaşı, bu istiqamətdə qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi daim diqqətdə saxlanılmaqdadır.

Bu sahədə həyata keçirilən praktiki tədbirlərin davamı olaraq mayın 15-də Bakı şəhərində Beynəlxalq Prokurorlar Assosiasiyası və Azərbaycan Respublikası Prokurorluğunun birgə təşkilatçılığı ilə...
   


MƏHKƏMƏ-HÜQUQ ŞURASININ MƏLUMATI 15.05.2019
Məhkəmə-Hüquq Şurasının iclası keçirilib. İclasda məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsi haqqında dövlət başçısı cənab İlham Əliyevin 03.04.2019-cu il tarixli Fərmanı üzrə görülən işlər müzakirə edilib.

Ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə keçirilən tədbirdə bildirilib ki, Fərmanın icrasından irəli gələn məsələlər dərhal bütün apellyasiya məhkəmələri sədrlərinin, hakim assosiasiyaları rəhbərlərinin, vətəndaş cəmiyyəti və KİV nümayəndələrinin iştirakı ilə Şurada geniş müzakirə edilərək kompleks tədbirlər müəyyən olunub...
   


ABŞ-IN ÖLKƏMİZDƏKİ SƏFİRİ İLƏ GÖRÜŞ 07.05.2019
Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfiri Örl Litzenberqer ilə görüşüb.

Azərbaycanın ABŞ-la əməkdaşlığa böyük əhəmiyyət verdiyini və əlaqələrin müxtəlif istiqamətləri əhatə etdiyini vurğulayan nazir hüquqi sahədə əməkdaşlıqdan bəhs edib, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan məhkəmə-hüquq islahatları, o cümlədən elektron məhkəmənin tətbiqi, hakimlərin ən şəffaf seçimi və tədrisi barədə məlumat verib, həyata keçirilən tədbirlərdə ABŞ-ın ölkəmizdəki Səfirliyinin iştirakını qeyd edib...
   


"ELEKTRON MƏHKƏMƏ" İNFORMASİYA SİSTEMİ İCTİMAİYYƏTƏ TƏQDİM OLUNUB 30.04.2019
Aprelin 30-da Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə Bakı şəhəri Sabunçu Məhkəmə Kompleksində vətəndaş cəmiyyəti üçün "Azərbaycanda elektron məhkəmənin tətbiqi və inkişafı perspektivləri" mövzusunda ictimai təqdimat keçirilib.

Tədbirdə nazirliyin rəhbərliyi, Prezident Administrasiyasının məsul nümayəndələri Milli Məclisin deputatları, hakimlər, dövlət ittihamçıları və vəkillər, ictimai xadimlər, ədliyyə naziri yanında İctimai Komitənin üzvləri və digər vətəndaş cəmiyyətinin təmsilçiləri, çoxsaylı KİV rəhbərləri, blogerlər, alimlər və tələbələr iştirak ediblər...
   


 Səhifə:   1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 ... Son


 






© 2005-2010, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası
Ünvan: Bakı şəhəri, Z. Xəlilov küç., 540-cı məhəllə, AZ1073, Azərbaycan
Telefon: (00994 12) 510-21-62 (Faks)
www.jlc.gov.az