Əsas səhifə Saytın xəritəsi E-müraciət Qəbul Axtarış Əlaqə Linklər

    
        www.heydar-aliyev.org

    
               www.president.az

    
             www.azerbaijan.az

    
             www.courts.gov.az

    
        www.constcourt.gov.az

    
   www.supremecourt.gov.az

    
             www.justice.gov.az

    
                www.e-qanun.az


  Yeni:  

ƏSAS SƏHİFƏ

ƏDLİYYƏ NAZİRLİYİNDƏ MÜŞAVİRƏ KEÇİRİLİB 04.01.2019
Ədalət mühakiməsinin səmərəliliyinin artırılması ilə bağlı həyata keçirilən tədbirlər çərçivəsində dövlət başçısının qanunvericilik təşəbbüsü ilə 2018-ci il 28 dekabr tarixdə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində və "Məhkəmələr və hakimlər haqqında" Qanunda əsaslı dəyişiklikləri nəzərdə tutan yeni qanunlar qəbul olunub.

Məhkəmə fəaliyyətinin təkmilləşdirilməsində, işin səmərəliliyinin və keyfiyyətinin artırılmasında, iş yükünün azaldılmasında, "elektron məhkəmə" sisteminin tətbiqinin genişləndirilməsində müstəsna əhəmiyyət kəsb edən qanunvericiliyə edilmiş mütərəqqi dəyişikliklər, həmçinin məhkəmələrdə şəffaflığın və aşkarlığın artırılmasına, işlərə daha operativ baxılmasına, vətəndaşların hüquqlarının təmin olunmasına xidmət edəcəkdir.
   


NAXÇIVAN MUXTAR RESPUBLİKASI ALİ MƏHKƏMƏSİ HAKİMLƏRİNİN VƏZİFƏDƏN AZAD EDİLMƏLƏRİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİN QƏRARI 28.12.2018
>“Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 94-cü maddəsinin ikinci hissəsini nəzərə alaraq və 97-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:...
   


“MƏHKƏMƏLƏR VƏ HAKİMLƏR HAQQINDA” AZƏRBAYCAN RESPUBLİKASININ QANUNUNDA DƏYİŞİKLİK EDİLMƏSİ BARƏDƏ” AZƏRBAYCAN RESPUBLİKASININ 2018-Cİ İL 28 DEKABR TARİXLİ 1437-VQD NÖMRƏLİ QANUNUNUN TƏTBİQİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI 28.12.2018
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1437-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:...
   


“MƏHKƏMƏLƏR VƏ HAKİMLƏR HAQQINDA” AZƏRBAYCAN RESPUBLİKASININ QANUNUNDA DƏYİŞİKLİK EDİLMƏSİ BARƏDƏ AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU 28.12.2018
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikasının Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cı bəndini rəhbər tutaraq qərara alır:...
   


MƏHKƏMƏ FƏALİYYƏTİNİN TƏKMİLLƏŞDİRİLMƏSİ ÜZRƏ ARDICIL TƏDBİRLƏR DAVAM ETDİRİLİR 25.12.2018
Təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş məhkəmə-hüquq islahatları ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilərək məhkəmə sistemi müasirləşdirilir, qanunvericilik təkmilləşdirilir, məhkəmə hakimiyyətinin müstəqilliyi gücləndirilir və özünüidarə səlahiyyətləri ilbəil genişləndirilir.

Ölkə Prezidentinin dekabrın 21-də imzaladığı sərəncamlarla 200-dən çox hakim barədə müvafiq təyinatlar aparılaraq hakim korpusu yeni nəsil hüquqşünaslarla möhkəmləndirilib. Mövcud vakansiyaların tam əksəriyyəti komplektləşdirilməklə...
   


MƏHKƏMƏ-HÜQUQ ŞURASININ SƏDRİ KÜRDƏMİRDƏ VƏTƏNDAŞLARI QƏBUL EDİB 21.12.2018
Ölkə Prezidenti cənab İlham Əliyevin dövlət qurumları tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması barədə tapşırıqlarına uyğun olaraq Ədliyyə Nazirliyi tərəfindən vətəndaşların bölgələrdə qəbuluna xüsusi diqqət yetirilir.

Dekabrın 21-də ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov Kürdəmir rayonu Heydər Əliyev Mərkəzində Kürdəmir, Ucar və Ağsu rayonlarından olan vətəndaşların qəbulunu keçirib...
   


MƏHKƏMƏ-HÜQUQ ŞURASININ İCLASI KEÇİRİLMİŞDİR 21.12.2018
Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib. Fikrət Məmmədovun sədrliyi ilə keçirilən iclasda son illər ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə məqsədyönlü tədbirlər vurğulanıb. Bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, hakimlərin şəffaf seçiminin keçirilməsi, insanların məhkəmələrə müraciət imkanlarının asanlaşması, “Elektron Məhkəmə” informasiya sisteminin yaradılmasının nüfuzlu beynəlxalq təsisatlar tərəfindən təqdir olunması...
   


BİR SIRA BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏLƏRİ SƏDRLƏRİNİN VƏ BAKI AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ SƏDRİNİN MÜAVİNİNİN TƏYİN EDİLMƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI 21.12.2018
Məhkəmə-Hüquq Şurasının təkliflərini nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
   


BİR SIRA BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏLƏRİ HAKİMLƏRİNİN TƏYİN EDİLMƏSİ VƏ BƏZİ BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏLƏRİ HAKİMLƏRİNİN VƏZİFƏLƏRİNİN DƏYİŞDİRİLMƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI 21.12.2018
Məhkəmə-Hüquq Şurasının təkliflərini nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 9-cu və 32-ci bəndlərini rəhbər tutaraq qərara alıram:...
   


BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİNİN YENİ İNZIBATİ BİNASININ AÇILIŞI OLUB. PREZİDENT İLHAM ƏLİYEV AÇILIŞDA İŞTİRAK EDİB 21.12.2018
Dekabrın 21-də Binəqədi Rayon Məhkəməsinin yeni inzibati binasının açılışı olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.

Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov dövlətimizin başçısına Azərbaycan Hökumətinin Dünya Bankı ilə birgə maliyyələşdirdiyi və Ədliyyə Nazirliyinin həyata keçirdiyi “Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu” layihəsi çərçivəsində istifadəyə verilən və tikintisi aparılan müasir məhkəmə bina və kompleksləri barədə məlumat verdi.

Prezident İlham Əliyev binanın rəmzi açılışını bildirən lenti kəsdi...
   


 Səhifə:   Birinci ... 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 ... Son


 





© 2005-2010, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası
Ünvan: Bakı şəhəri, Z. Xəlilov küç., 540-cı məhəllə, AZ1073, Azərbaycan
Telefon: (00994 12) 510-21-62 (Faks)
www.jlc.gov.az