Əsas səhifə Saytın xəritəsi E-müraciət Qəbul Axtarış Əlaqə Linklər

    

    
               www.president.az

    
             www.azerbaijan.az

    
             www.courts.gov.az

    
        www.constcourt.gov.az

    
   www.supremecourt.gov.az

    
             www.justice.gov.az

    
                www.e-qanun.az


  Yeni:  

ƏSAS SƏHİFƏ

HAKİMLƏRİN SEÇKİ KOMİTƏSİNİN MƏLUMATI 12.11.2019
Ölkə Prezidenti cənab İlham Əliyevin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 03.04.2019-cu il tarixli Fərmanı ilə hakimlərin yüksək iş yükünün azaldılması, işlərə daha tez və keyfiyyətlə baxılması məqsədilə hakim ştatlarının sayı 200 vahid artırılıb, habelə yeni ixtisaslaşmış məhkəmələr yaradılıb.

Bununla əlaqədar Hakimlərin Seçki Komitəsi tərəfindən hakimliyə namizədlərin seçimi prosesinə başlanılıb, 200-dən çox namizədlə keçirilən müsabiqə, o cümlədən test üsulu ilə...
   


HAKİMLƏRİN SEÇKİ KOMİTƏSİNİN MƏLUMATI 06.11.2019
Məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə ölkə prezidentinin tapşırıqlarına əsasən görülən tədbirlər çərçivəsində hakim vəzifəsinə namizədlərin ən müasir beynəlxalq tələblər səviyyəsində, tam şəffaf prosedurlar əsasında seçimi üzrə müsabiqə davam edir.

Mətbuatda xəbər verildiyi kimi test imtahanında müvəffəqiyyət qazanmış 158 nəfər namizədlə yazılı imtahan keçirilib, imtahan zamanı cinayət və mülki sahələr üzrə 2 kazus xarakterli sual 4 saat ərzində cavablandırılıb. İmtahanı beynəlxalq təşkilat və yerli QHT-lərdən olan çoxsaylı müşahidəçi və KİV nümayəndələri...
   


MƏHKƏMƏ-HÜQUQ ŞURASININ SƏDRİ ASTARA RAYONUNDA VƏTƏNDAŞLARI QƏBUL EDİB 06.11.2019
Ölkə Prezidenti cənab İlham Əliyevin insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması ilə bağlı tapşırıqları Ədliyyə Nazirliyi tərəfindən daim diqqətdə saxlanılır, vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq nazirliyin rəhbərliyinin bölgələrdə mütəmadi səyyar qəbulları keçirilir.

Noyabrın 6-da Ədliyyə naziri Fikrət Məmmədov Astara rayonunda Astara, Lənkəran və Lerik rayonlarında yaşayan və digər bölgələrdən olan vətəndaşları
   


MƏHKƏMƏ-HÜQUQ ŞURASI TƏRƏFİNDƏN VƏTƏNDAŞLARIN MƏHKƏMƏLƏRDƏ QƏBULU CƏDVƏLİ 30.10.2019

Qəbulun tarixi və vaxtı Qəbulun keçiriləcəyi məhkəmə
1. 08 noyabr,
saat 11:00
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi
2. 15 noyabr,
saat 10:00
Quba Rayon Məhkəməsi
3. 22 noyabr,
saat 10:00
Hacıqabul Rayon Məhkəməsi
4. 29 noyabr,
saat 10:00
Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi
   


AZƏRBAYCAN AVROPA ŞURASININ DAHA BİR MÜQAVİLƏSİNƏ İMZA ATIB 16.10.2019
Ölkə Prezidenti cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində regionun ən sabit və təhlükəsiz dövləti olan Azərbaycanda cinayətkarlığa qarşı qəti mübarizə aparılır, bu sahədə beynəlxalq əməkdaşlığa mühüm əhəmiyyət verilir. Ölkəmiz cinayətkarlıqla qlobal mübarizədə fəal iştirak edərək cinayət işləri üzrə hüquqi yardım və ekstradisiya sahəsində konvensiyalardan və ikitərəfli müqavilələrdən irəli gələn öhdəlikləri vicdanla yerinə yetirir.

Ədliyyə Nazirliyi tərəfindən beynəlxalq cinayət hüququnun qədim institutlarından olan cinayət törətmiş şəxslərin təslim edilməsinə – ekstradisiyasına dair bir sıra dövlətlərlə müqavilələr bağlanılıb, habelə MDB çərçivəsində müvafiq konvensiyalar üzrə əməkdaşlıq edilir. Eyni zamanda, dövlətimiz 50 dövlət tərəfindən ratifikasiya olunmuş "Ekstradisiya haqqında"...
   


AVROPA ƏDLİYYƏ NAZİRLƏRİNİN KONFRANSI KEÇİRİLİB 15.10.2019
Avropa Şurasının təsis edilməsinin 70 illiyi münasibətilə silsilə tədbirlər təşkil olunur, oktyabrın 14-15-də Fransanın Avropa Şurası (AŞ) Nazirlər Komitəsində sədrliyi çərçivəsində Strasburqda "Avropada ədalət mühakiməsinə rəqəmsal çağırışlar" mövzusunda Avropa ədliyyə nazirlərinin konfransı keçirilib.

Tədbirdə ölkəmizi ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov nümayəndə heyəti ilə...
   


TÜRKİYƏ RESPUBLİKASI HAKİMLƏR VƏ PROKURORLAR ŞURASININ NÜMAYƏNDƏ HEYƏTİ AZƏRBAYCANDA SƏFƏRDƏDİR 14.10.2019
Ölkəmizlə dost və qardaş Türkiyə arasında hərtərəfli strateji tərəfdaşlıq və əməkdaşlıq münasibətləri çərçivəsində hüquqi əlaqələr xüsusi yer tutur.

Bu sahədə çoxşaxəli əməkdaşlığın növbəti təzahürü olaraq, Türkiyə Respublikası Hakimlər və Prokurorlar Şurasının nümayəndə heyəti Azərbaycana işgüzar səfərə gəlib.

Qonaqlar əvvəlcə Fəxri Xiyabanda ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad edərək məzarı önünə əklil qoyub, Şəhidlər Xiyabanında ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş həmvətənlərimizin və türk əsgərinin məzarını ziyarət edib, onların əziz xatirəsinə dərin ehtiramını bildiriblər.

Sonra Məhkəmə-Hüquq Şurasında Şura və Hakimlərin Seçki Komitəsi üzvləri ilə görüş keçirilib...
   


MƏHKƏMƏ-HÜQUQ ŞURASININ SƏDRİ FÜZULİ RAYONUNDA VƏTƏNDAŞLARI QƏBUL EDİB 08.10.2019
Ölkə Prezidenti cənab İlham Əliyevin dövlət qurumları tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması barədə tapşırıqlarına uyğun olaraq Ədliyyə Nazirliyi tərəfindən vətəndaşların bölgələrdə qəbuluna xüsusi diqqət yetirilir.

Dövlət başçısının tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq oktyabrın 8-də Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov Füzuli rayonu Horadiz şəhərində Füzuli, Beyləqan və İmişli rayonlarda yaşayan və digər bölgələrdən olan vətəndaşları qəbul edib.
   


VƏTƏNDAŞLARIN NƏZƏRİNƏ! 01.10.2019
Məhkəmə-Hüquq Şurası tərəfindən dövlət başçısının “Məhkəmə-hüquq sahəsində islahatların dərinləşdirilməsi haqqında” 03.04.2019-cu il tarixli Fərmanının icrası üzrə ardıcıl tədbirlər görülür.

Vətəndaşların məhkəmə fəaliyyəti ilə bağlı müraciətlərinin daha səmərəli araşdırılması, qeyri-prosessual münasibətlərə şərait yaradan və haqlı narazılıq doğuran pozuntuların dərhal aradan qaldırılması məqsədi ilə Məhkəmə-Hüquq Şurası tərəfindən vətəndaşların bilavasitə məhkəmələrdə qəbulları...
   


HAKİMLƏRİN SEÇKİ KOMİTƏSİNİN MƏLUMATI 28.09.2019
Ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə dövlət başçısının tapşırıqlarına əsasən görülən tədbirlər çərçivəsində hakim vəzifəsinə namizədlərin tam şəffaf şəraitdə və obyektiv meyarlar əsasında seçimi həyata keçirilir.

Bu ayın 15-də 206 nəfər hakimliyə namizədlə Dövlət İmtahan Mərkəzində test imtahanı keçirilib. Namizədlərin seçimində çevikliyin təmin edilməsi, habelə onlar üçün daha şəffaf və əlverişli şəraitin yaradılması məqsədilə suallar müasir texnologiyalar tətbiq edilməklə, fərdi qaydada, kompüter vasitəsilə cavablandırılıb, hər bir namizədin nəticələri ona dərhal elan...
   


 Səhifə:   Birinci ... 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 ... Son


 













© 2005-2010, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası
Ünvan: Bakı şəhəri, Z. Xəlilov küç., 540-cı məhəllə, AZ1073, Azərbaycan
Telefon: (00994 12) 510-21-62 (Faks)
www.jlc.gov.az