Əsas səhifə Saytın xəritəsi E-müraciət Qəbul Axtarış Əlaqə Linklər

    
        www.heydar-aliyev.org

    
               www.president.az

    
             www.azerbaijan.az

    
                 www.courts.az

    
        www.constcourt.gov.az

    
   www.supremecourt.gov.az

    
             www.justice.gov.az

    
                www.e-qanun.az


  Yeni:  
HAKİMLƏRİN SEÇKİ KOMİTƏSİNİN MƏLUMATI
Ölkəmizdə ədalət mühakiməsinin səmərəliliyinin artırılması ilə bağlı görülən tədbirlər çərçivəsində hakim vəzifəsinə namizədlərin mütərəqqi və şəffaf prosedurlar əsasında seçimi davam edir.

Cari ildə keçirilmiş test üsulu ilə və yazılı imtahanlarda müvəffəqiyyət qazanmış 176 nəfər namizədlə Hakimlərin Seçki Komitəsi tərəfindən ötən ayın 16-dan başlayaraq 1 ay ərzində şifahi imtahanlar keçirilmişdir.

Açıq və şəffaf qaydada, beynəlxalq və yerli təşkilatlardan olan müşahidəçilərin iştirakı ilə keçirilən imtahanlar zamanı namizədlərə hüququn müxtəlif sahələrinə dair 5 sual verilmiş və onların hər biri yarım saat ərzində bu sualları cavablandırmışlar.

Namizədlərə bərabər şərait yaradılması və obyektivliyin təmin edilməsi məqsədilə imtahan sualları hər gün bilavasitə imtahandan əvvəl, imtahan keçirilən auditoriyada hazırlanmış və namizədlər tərəfindən sərbəst cavablandırılmışdır. Suallar onların bilik səviyyəsinin, fikirlərini səlist ifadə etmək bacarığının, məntiqi nəticələr çıxarmaq qabiliyyətinin, ümumi dünya görüşünün müəyyən olunmasına imkan vermişdir.

İmtahanları gündəlik izləyən müşahidəçilər prosesin şəffaf və obyektiv keçirildiyini, namizədlərin biliyinin müəyyən edilməsi üçün hər cür şərait yaradıldığını vurğulamışlar.

İmtahanın nəticəsinə görə 60 və daha çox bal toplamış 126 nəfər uzunmüddətli tədris kurslarına buraxılmışlar.

1 il müddətində davam edəcək həmin kurslarda namizədlərin hakim vəzifəsinə hazırlanmaları təmin ediləcək, onlara məhkəmədə işin səmərəli təşkili, məhkəmə etikası, insan haqları, korrupsiya ilə mübarizə və digər aktual məsələlərə dair mövzular nüfuzlu beynəlxalq ekspertlərin iştirakı ilə tədris olunacaqdır. Həmçinin, namizədlər məhkəmələrdə staj keçəcəklər və onların xarici dövlətlərdə, habelə Avropa Məhkəməsində olmaqla qabaqcıl beynəlxalq təcrübələri öyrənmələri nəzərdə tutulur.

Tədris mərhələsinə buraxılmış hakimliyə namizədlərin

SİYAHISI

№  Soyadı, adı, atasının adı
1. Abbasova Əminə Rauf qızı
2. Abbasova Günel Məhərrəm qızı
3. Abdullayev Emin Ağamusa oğlu
4. Abdullayev İlkin Qismət oğlu
5. Axundov Fuad Aydın oğlu
6. Axundova Günay Təyar qızı
7. Babayev Aydın Vahid oğlu
8. Bağırov Zamiq Rəşid oğlu
9. Behbudova Aynur Mirzalı qızı
10. Bəhmənov Habil Xanoğlan oğlu
11. Bəhrəmzadə Sabit Xanlar oğlu
12. Cabbarlı Pərvin Yusif oğlu
13. Cabbarov İlqar Hidayət oğlu
14. Cabbarova Gülnar İnqilab qızı
15. Cavadova Günay İsmayıl qızı
16. Cavadzadə Rəşad Bəylər oğlu
17. Cəfərov Səməd Fəxrəddin oğlu
18. Dadaşov Ruslan Təbriz oğlu
19. Daşdəmirov Rauf Məhərrəməli oğlu
20. Əbilov Qamət Mehman oğlu
21. Ədilova Solmaz İmran qızı
22. Əhmədov Pərviz Tərlan oğlu
23. Əhmədova Həqiqət Mülazim qızı
24. Əkbərli Günel Bəkir qızı
25. Ələkbərli Roman Nəriman oğlu 
26. Ələkbərov Əfqan Qəzənfər oğlu
27. Ələkbərov Tural Mehman oğlu
28. Əliyev Elvin Əhəd oğlu
29. Əliyev İlkin Əli oğlu
30. Əliyev Mehdi Ədalət oğlu
31. Əliyev Nizam Mubariz oğlu
32. Əliyev Nural Turab oğlu
33. Əliyev Şəhriyar İbrahim oğlu
34. Əliyev Zamiq Xudaverdi oğlu
35. Əliyeva Leyla Rauf qızı
36. Əmirəliyev Fərid Mübariz oğlu
37. Əsədova Günay Rövşən qızı
38. Əsədova Mehriban Yaqub qızı
39. Əyyubov Fərid İlham oğlu
40. Hacıyev Pərviz Əhməd oğlu
41. Hacıyev Pərviz Vaqif oğlu
42. Hacıyev Vahid Məcid oğlu
43. Hacıyev Zaur Arif oğlu
44. Haqverdiyev Tural Ziyat oğlu
45. Həsənli Vüsal Mirəli oğlu
46. Həsənov Fərid İzafət oğlu
47. Həsənov İslam Telman oğlu
48. Həsənov Rahim Təşəkkül oğlu
49. Həsənov Samir Firdusi oğlu
50. Həsənov Tural Həsən oğlu
51. Həsənova Aygün Namiq qızı
52. Həşimova İlahə Tahir qızı
53. Hətəm Zadə Fərid Eldar oğlu
54. Hünmətov Zaur Adil oğlu
55. Hüseyn Cavid Vaqif oğlu
56. Hüseynli Hüseyn İnanc oğlu
57. Hüseynli Nurəddin Nizami oğlu
58. Hüseynov Elməddin Mirpaşa oğlu
59. Hüseynov Elnur Heydər oğlu
60. Hüseynov Kənan Zakir oğlu
61. Hüseynov Telman Qulaməli oğlu
62. Hüseynov Xaliq Nazim oğlu
63. Hüseynov Zaur Nazim oğlu
64. Hüseynzadə Elvin Nazim oğlu
65. İmanov Zaman Şakir oğlu
66. İsgəndərova Aygül Vulqar qızı
67. İsmayılov İsmayıl Arif oğlu
68. İsmayılov Orxan Nadir oğlu
69. İsmayılov Rafiq Tofiq oğlu
70. Kamranov Hafiz Eldar oğlu
71. Kərimli Lalə Nazim qızı
72. Kərimov Bahadur Səttar oğlu
73. Kərimov Əyyub Vaqif oğlu
74. Mehdiyev Nəriman Hüseynqulu oğlu
75. Məmmədli Emin İlham oğlu
76. Məmmədli Orxan Qədir oğlu
77. Məmmədov Babək Əliheydər oğlu
78. Məmmədov Bilal Mahir oğlu
79. Məmmədov Əli İrfan oğlu
80. Məmmədov Murad Akif oğlu
81. Məmmədov Müşfiq Vaqif oğlu
82. Məmmədov Rəşad Azad oğlu
83. Məmmədov Toğrul Məhəmməd oğlu
84. Məmmədov Tural Nurulla oğlu
85. Məmmədov Zahid Tahir oğlu
86. Məmmədova Pərvanə Əziz qızı
87. Miriyeva Səlimə Miri qızı
88. Mirzəyev Nahid Namiq oğlu
89. Murtuzayeva Yeganə Hüseyin qızı
90. Musayev Aqil Əlisa oğlu
91. Musayeva Cəmilə Ceyhun qızı
92. Mustafayev Rəşad Mustafa oğlu
93. Mustafayeva Solmaz Rafael qızı
94. Muxtarov Kamran Nüsrət oğlu
95. Nəbizadə Nigar Xeyrulla qızı
96. Novruzova Aytən Nazim qızı
97. Nuriyeva Səbinə Vidadi qızı
98. Nüsrətov Tərlan Vaqif oğlu
99. Oruczadə Aytən Pənah qızı
100. Paşayeva Adilə Adil qızı
101. Qafarova Rəna Nazim qızı
102. Qarayev Seymur Əlfəddin oğlu
103. Qasımov Babək Natiq oğlu
104. Qocayev Tural Şəmsi oğlu
105. Qoşqarlı Rəşad Nizami oğlu
106. Quliyev Vüqar Şahbaz oğlu
107. Rəcəbova Elnurə Hüseyn qızı
108. Rəhimli Lalə Elxan qızı
109. Rüstəmli İlkin Şahin oğlu
110. Rüstəmli Məhəmməd Əli oğlu
111. Rzayeva Nərminə Cahangir qızı
112. Rzayeva Pərvanə Aslan qızı
113. Sadıqov Anar Böyükkişi oğlu
114. Səfərəliyeva Gülnar Xanlar qızı
115. Səfərov Daşqın Yaqub oğlu
116. Səlimov Ayaz Aydın oğlu
117. Şükürova Ülviyyə Sahib qızı
118. Süleymanova Şəhla Ənvər qızı
119. Tağıyev Ceyhun Əlikram oğlu
120. Tağıyev Vüsal Adıgözəl oğlu
121. Talıbov Samir Şahin oğlu
122. Tanrıverdiyeva Günel Cəbrayıl qızı
123. Xəlilov İlkin Ələkbər oğlu
124. Xəlilov Ramin Adilxan oğlu
125. Xəzri Ramilə Həşim qızı
126. Zamanlı Pərviz Mirsiyaf oğlu

Çap et

24.12.2016
 





© 2005-2010, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası
Ünvan: Bakı şəhəri, Z. Xəlilov küç., 540-cı məhəllə, AZ1073, Azərbaycan
Telefon: (00994 12) 510-21-62 (Faks)
www.jlc.gov.az