Əsas səhifə Saytın xəritəsi E-müraciət Qəbul Axtarış Əlaqə Linklər

    
        www.heydar-aliyev.org

    
               www.president.az

    
             www.azerbaijan.az

    
             www.courts.gov.az

    
        www.constcourt.gov.az

    
   www.supremecourt.gov.az

    
             www.justice.gov.az

    
                www.e-qanun.az


  Yeni:  
ABŞ-IN ÖLKƏMİZDƏKİ SƏFİRİ İLƏ GÖRÜŞ

Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfiri Örl Litzenberqer ilə görüşüb.

Azərbaycanın ABŞ-la əməkdaşlığa böyük əhəmiyyət verdiyini və əlaqələrin müxtəlif istiqamətləri əhatə etdiyini vurğulayan nazir hüquqi sahədə əməkdaşlıqdan bəhs edib, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan məhkəmə-hüquq islahatları, o cümlədən elektron məhkəmənin tətbiqi, hakimlərin ən şəffaf seçimi və tədrisi barədə məlumat verib, həyata keçirilən tədbirlərdə ABŞ-ın ölkəmizdəki Səfirliyinin iştirakını qeyd edib.

Ö.Litzenberqer iki ölkə arasında əlaqələrin inkişafının və səfərlərin intensivləşməsinin mühüm prioritetlərdən olduğunu vurğulayıb, ABŞ-ın Azərbaycana investisiya marağını qeyd edərək ölkəmizdə bu sahədə mühüm addımların atıldığının şahidi olduğunu söyləyib, məhkəmə-hüquq islahatlarına maraq göstərib.

Söhbət zamanı dövlətimizin başçısının "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" 2019-cu il 3 aprel tarixli Fərmanının müstəsna əhəmiyyəti qeyd olunaraq bu mühüm sənədin icrası üzrə görülən işlərdən danışılıb.

Azərbaycan Prezidentinin Fərmanını alqışlayan səfir bildirib ki, Fərmanın icrası məhkəmə ictimai inamın artmasına, ədalət mühakiməsinin səmərəliliyinə və məhkəmə sisteminin şəffaflığına xidmət edəcək. O, Ədliyyə Nazirliyinin qanunun aliliyinin təmin olunmasında mühüm rolunu qeyd edərək səmərəli qarşılıqlı fəaliyyətin davam etdirilməsinə dair niyyətini ifadə edib.

Görüşdə həmçinin qanunvericiliyin təkmilləşdirilməsi, insan hüquqlarının təminatı, məhkəmə qərarlarının icrası, qeydiyyat məsələləri və digər konkret mövzularda ətraflı fikir mübadiləsi aparılıb, əməkdaşlıq perspektivləri müzakirə olunub

Qonaq nazirlikdə Ədliyyə tarixi muzeyi ilə tanış olub.

Çap et

07.05.2019
 





© 2005-2010, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası
Ünvan: Bakı şəhəri, Z. Xəlilov küç., 540-cı məhəllə, AZ1073, Azərbaycan
Telefon: (00994 12) 510-21-62 (Faks)
www.jlc.gov.az