Əsas səhifə Saytın xəritəsi E-müraciət Qəbul Axtarış Əlaqə Linklər

    
        www.heydar-aliyev.org

    
               www.president.az

    
             www.azerbaijan.az

    
             www.courts.gov.az

    
        www.constcourt.gov.az

    
   www.supremecourt.gov.az

    
             www.justice.gov.az

    
                www.e-qanun.az


  Yeni:  
AZƏRBAYCAN RESPUBLİKASI BAŞ PROKURORLUĞU VƏ MƏHKƏMƏ-HÜQUQ ŞURASININ MƏLUMATI
Bakıda ədalət mühakimə sistemində insan haqlarına dair beynəlxalq seminar öz işinə başlamışdır


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən məhkəmə-hüquq islahatları çərçivəsində ölkəmizdə müasir standartlar səviyyəsində kompleks qanunverici və institusional tədbirlərin görülməsi ilə yanaşı, bu istiqamətdə qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi daim diqqətdə saxlanılmaqdadır.

Bu sahədə həyata keçirilən praktiki tədbirlərin davamı olaraq mayın 15-də Bakı şəhərində Beynəlxalq Prokurorlar Assosiasiyası və Azərbaycan Respublikası Prokurorluğunun birgə təşkilatçılığı ilə “Ədalət mühakimə sistemində insan haqları ilə bağlı qarşıda duran məsələlər” mövzusunda beynəlxalq seminar öz işinə başlamışdır.

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin inzibati binasında baş tutan tədbirdə beynəlxalq səviyyəli ekspertlər qismində dəvət edilmiş Beynəlxalq Prokurorlar Assosiasiyasının sabiq Prezidenti və Paris Apellyasiya Məhkəməsinin Baş prokuroru Falletti Fransua, Niderlandın Apelyasiya Məhkəməsinin Baş prokuroru, Amsterdam Universitetinin Hüquq fakültəsinin professoru Miranda de Meyer, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hakimi Stanislav Pavlovski (Moldova), eləcə də ölkəmizin müxtəlif instansiya məhkəmələrinin hakimlərindən, habelə prokurorluq orqanlarının əməkdaşlarından ibarət 40 nümayəndə iştirak etmişlər.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikası Baş prokurorunun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi, Beynəlxalq Prokurorlar Assosiyasiyasının vitse-prezidenti Kamran Əliyev demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunu özünün inkişaf yolu seçən Azərbaycan Respublikasının insan və vətəndaş hüquq və azadlıqlarına hörməti və bu meyarların qorunmasını qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının ümdə vəzifəsi kimi müəyyən etdiyini bildirmişdir.

Qeyd edilmişdir ki, Prezident cənab İlham Əliyevin siyasi rəhbərliyi ilə ölkəmiz bir çox universal və regional xarakterli beynəlxalq təşkilatlara üzv olmuş və çoxsaylı beynəlxalq müqavilələrə qoşulmuşdur ki, bu mötəbər sənədlərin mühüm bir hissəsi insan hüquq və azadlıqlarının müdafiəsinə yönəlmişdir.

Görülən işlərin bariz nümunəsi kimi dövlət başçısının “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanının əhəmiyyəti xüsusu vurğulanaraq, bu mühüm sənəd ölkəmizdə beynəlxalq və milli qanunvericiliyin vəhdəti şəklində həyata keçirilən köklü məhkəmə-hüquq islahatlarının mühüm tərkib hissəsi kimi qiymətləndirilmişdir.

K.Əliyev çıxışında daha sonra ölkəmizin hüquq-mühafizə orqanları ilə Beynəlxalq Prokurorlar Assosiasiyası arasında qarşılıqlı əməkdaşlıq münasibətlərinin hazırkı vəziyyəti və gələcək inkişaf perspektivləri haqda geniş məlumat vermişdir.

Daha sonra açılış mərasimində çıxış edən Məhkəmə-Hüquq Şurası aparatının rəhbəri Cavid Hüseynov ölkəmizdə məhkəmə sisteminin qabaqcıl beynəlxalq standartlar səviyyəsində təşkilinin xüsusi diqqətdə saxlanıldığını, bu istiqamətdə ardıcıl və davamlı tədbirlərin həyata keçirildiyini qeyd etmiş, öz növbəsində ekspertlər Fransua Falletti, Miranda de Meyer və Stanislav Pavlovski ölkəmizdə həyata keçirilən ədalət mühakiməsi və insan hüquqları sahəsindəki islahatları müsbət dəyərləndirərək keçiriləcək təlimin istər hakimlərin, istərsə də prokurorluq orqanları əməkdaşlarının peşəkarlığının artırılması və effektivliyin təmin edilməsi baxımından faydalı olacağına əminliklərini ifadə etmişlər.

Mayın 17-dək davam edəcək beynəlxalq seminarda ekspertlər tərəfindən təqdimatların keçirilməsi, eləcə də iştirakçıların praktiki məsələlərin həlli ilə bağlı tədbirlər nəzərdə tutulmuşdur.



Çap et

16.05.2019
 





© 2005-2010, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası
Ünvan: Bakı şəhəri, Z. Xəlilov küç., 540-cı məhəllə, AZ1073, Azərbaycan
Telefon: (00994 12) 510-21-62 (Faks)
www.jlc.gov.az